Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
(®️) Unibank aqrar sektorun daha da asan və sürətli kreditləşməsini təmin etmək üçün Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub. Unibank AzALES -ə ilk qoşulan banklardandır. “Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, kənd təsərrüfatına yönələn maliyyə vəsaitlərini artırmaq, bankın qarşıya qoyduğu hədəflərdən biridir: “Yeni kredit qiymətləndirmə sistemi ilə aqrar kreditləri bir qədər də əlçatan olur.Bu sistem aqrar sahənin kreditləşdirilməsi zamanı riskləri daha düzgün qiymətləndirməyimizə kömək edəcək. AzALES bank əməkdaşının işini xeyli asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı sahəsində biznesi olan müştərilərimiz üçün də krediti daha sürətli əldə etməyə imkan yaradır”.
AzALES Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Bu sistem, aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir. Belə ki, AzALES banka hazır forma verir. Bank müştərinin məlumatlarını həmin platformaya daxil edərək, ona nə qədər maliyyə vəsaiti ayırmağın mümkünlüyünü müəyyən edir. AzALES bir növ risklərin müəyyənləşdirilməsində banka kömək edir.
Kənd təsərrüfatı, eləcə də digər biznes kreditlərindən faydalanmaq istəyən müştəriləri “Unibank”ın biznes filiallarında yüksək və keyfiyyətli xidmət gözləyir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)



.jpg)






