“Diamed Co” Azərbaycanda yeni layihə həyata keçirməyi planlaşdırır
"Diamed Co" şirkəti yaxın vaxtlarda Azərbaycanda serrum (zərdab) istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə şirkətin təsisçisi Aytən Quliyeva məlumat verib.
“Şirkətimiz yaxın vaxtlarda ölkədə serrum istehsalını təşkil etməyi planlaşdırır. Bu, Azərbaycanda ikinci layihəmiz olacaq. Yeni müəssisədə natrium xlorid, Ringer və bütün bu qəbildən olan məhlulları istehsal edəcəyik”, - deyə o, bildirib.
A.Quliyeva qeyd edib ki, "Diamed Co" şirkətinin şpris istehsalı zavodunun fəaliyyətə başlamasının bir ili tamam olub.
“Hazırda dörd çeşiddə məhsul istehsal edirik və bunlar 2, 5, 10 və 20 qramlıq şprislərdir. İllik istehsal gücümüz 150 milyon ədəddir. Bu günə qədər 35-40 faiz gücümüzlə çalışmışıq. Qarşıdakı aylarda isə 100 faiz gücü ilə çalışmağı hədəfləyirik. Azərbaycanın illik şpris tələbatı 130 milyon ədəddir. Almaniyanın tamamilə eyni texnologiya əsasında istehsal etdiyi şprislər apteklərdə 1 manata satıldığı halda bizim istehsal etdiyimiz şprislər 8-10 qəpik civarındadır”, - deyə təsisçi bildirib.
A.Quliyevanın sözlərinə görə, istehsal olunan məhsulun çeşid sayının artırılması planlaşdırılır. Bu sıraya insulin iynələri, cərahiyyədə istifadə olunan vazofikslər, vakumlu kəpənək iynələri aiddir.
“Rusiya, Gürcüstan və digər qonşu ölkələrə də məhsul satmaq planlarımızdandır. Çünki Gürcüstanda zavod yoxdur, Rusiya isə 65 faiz məhsulu xaricdən idxal edir”, - deyə o vurğulayıb.
"Diamed Co" şpris istehsalı zavodu 2019-cu ilin may ayında Pirallahı Sənaye Parkında istismara verilib. Zavodun tikintisinə investisiya qoyuluşları 9,5 milyon manat (təxminən 5,6 milyon dollar) məbləğində olub. Şirkət zavodun inşası üçün 5 milyon manat güzəştli kredit alıb.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN











.jpg)









