Samir Şərifov deputata cavab verdi
Maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin səsləndirdiyi porblem ilə əlaqədar öz fikirini bildirib.
Nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib:
“Deputat ya məsələlərlə tanış olmayıb, ya da başqa məqsədlər güdür. O bütün sualları ilə bağlı bizdən bütün izahatları ala bilər. Birincisi, tövsiyə edərdim ki, sui-istifadə sözündən istifadə edəndə ehtiyatlı olsun. Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına da cəlb edilən vəsaitlər var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi”.
Qeyd edək ki, Q.Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, "Youtube"də videoya baxıb və orada ikinci qrup əlilin müavinətinin neçə ildən sonra kəsildiyini görüb. O bildirib ki, həmin şəxs dövlət başçısına, Birinci vitse-prezidentə müraciət edir: “Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaiti belə qənəat etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.
“Report”, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























