IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!
®️ Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir yeniliyini təqdim edib. Bank IBA Miles kartlarını müştərilərin istifadəsinə verib.
Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər olsa da, müştərilər IBA Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. IBA Miles kartları ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan qalxanda səyahətlər pulsuz başa gəlsin.
IBA Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər.
Azərbaycan Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. IBA Miles kartlarının iki növü var: IBA Miles Mastercard World və IBA Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun kartı seçə bilər.
IBA Miles kartı ilə millərin hesablanması qaydası isə belədir: IBA Miles MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. IBA Miles MasterCard Black Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində 1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. IBA Miles kartının ən böyük üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000 manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar.
Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat, həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
“QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. IBA Miles kartlarını buradan sifariş vermək olar.
Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 21 d. əvvəl
-
- 29 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub






.jpg)









.jpg)



