“AccessBank”dan bölgələrdəki özünüməşğulluq proqramına dəstək davam edir
(®️) “AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, əhalinin müxtəlif qruplarına dəstək olmaq üçün layihələr həyata keçirməyə davam edir.
Bank, bölgələrdəki aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə fiziki məhdudiyyətli və məcburi köçkün ailəsinin üzvü olan vətəndaşlara şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib. Belə ki, bank, Mingəçevir, Lənkəran şəhərlərində, həmçinin, Astara, Saatlı, Qusar, Qəbələ və Oğuz rayonlarında yaşayan həssas əhali qrupuna daxil olan sahibkarlara kiçik bizneslərini qurmaları üçün xüsusi avadanlıqlar bağışlayıb.
Bank, cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir.
2002-ci ildən kiçik bizneslərə xidmət göstərən “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Portfelinin 90%-ni biznes kreditləri təşkil edən bank, KOB-in tələb və ehtiyaclarını çox gözəl anlayır. “AccessBank” özünəməşğulluq proqramının iştirakçılarına dəstək olmaqla, bir neçə məqsədə nail olur. Mikrosahibkarlığın inkişafına təkan verməklə yanaşı, bu cür layihələr həm də işsizliyin aradan qaldırılmasına və iş tapmaq üçün bölgələrdən şəhərlərə üz tutan əhalinin azalmasına səbəb olur.
Qeyd edək ki, özünüməşğulluq proqramı 2020-ci ilin yazında fəaliyyətə başlayıb və 4 bölgəni əhatə edib. “AccessBank” proqram çərçivəsində iyun – iyul aylarında bölgələrdə yaşayan 11 vətəndaşa dəstək olub. Layihə ilin sonunadək digər bölgələrdə də icra olunacaq.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
31 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)


















.jpg)
