"Qeyri-ərzaq mağazaları təcili açılmalıdır, çox böyük problemlər yarana bilər"
“Nazirlər Kabineti tərəfindən icarə haqqı ilə bağlı verilən qərar çox müsbət addımdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, sahibkar təkcə əməkhaqqı ödəməklə ayaqda qala bilməz:
“Öz sahəsi çökürsə, sonra o bu sahəni necə dirildə biləcək? Bütövlükdə turizm sahəsi bu gün çöküb. Bu, 1-2 aydan sonra bizim üçün çox böyük problemlər yaradacaq. Bu gün qeyri-ərzaq mağazalarının hamısını bağlayıb, ərzaq mağazalarını açıblar. Bu qaydaları təcili dəyişmək lazımdır. Sadəcə, nəzarəti gücləndirmək lazımdır. Vətəndaşın gəlir yerlərini sıradan çıxarmaqla sabah biz bu problemləri çözə bilməyəcəyik. Bu yükü yüngülləşdirən istiqamət götürülməlidir. Sahibkara yalnız əməkhaqqı ilə bağlı dəstək vermək doğru istiqamət deyil. Nəzarəti gücləndirməklə insanların gəlir yerlərini açmalıyıq. Biz açılışlara getməliyik. Bölgələrə gediş-gəliş də açılmalıdır. Bu gün böyük əksəriyyət xəstəxanalara getmir, özləri evdə müalicə olunur. Biz bu gün real vəziyyətdən çıxış etməliyik. Nəyisə bu gün gizlətməklə özümüzə ziyan vururuq. Xahiş edirəm Operativ Qərargah qərarlarına təkrar baxsın”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
- 10 d. əvvəl
- 18 d. əvvəl
- 38 d. əvvəl
- 54 d. əvvəl
-
55 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)
.jpg)







.jpg)





