“Azsığorta” karantində xalis mənfəətini 36% artırıb
“Azsığorta” şirkəti 2020-ci ilin birinci yarımiliyi üzrə maliyyə nəticələrini açıqlayıb.
Şirkətdən Marja-ya verilən məlumata əsasən, Pandemiyanın səbəb olduğu karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir.
Cari ilin ilk yarısında ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi nəticəsində ümumi sığorta yığımları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalaraq, 6,5 milyon manat təşkil etmişdir. Bununla yanaşı, bu dövrdə sığorta hadisələrinə görə ödənişlər ötən ilin müvafiq dövründən 12% çox, yəni 2,7 milyon manat olmuşdur. Ən iri ödəniş Daşınmaz əmlakın icbari sığortası üzrə olmaqla 330 min manat təşkil edmişdir.
Tətbiq edilmiş optimallaşdırılma tədbirlərinin nəticəsi olaraq cari dövrün xərcləri keçən ilin analoji dövrünə nisbətən 26% azaldırılaraq 3,3 milyon milyon olmuşdur.
Nəticədə 2020-ci ilin birinci yarım ilində şirkətin xalis mənfəəti 1,24 milyon manat təşkil etmişdir. Bu da 2019-cu ilin analoji göstəricisindən 36% çoxdur.
AZSIĞORTA dövrün sonuna 20.3 milyon AZN nizamnamə kapıtalına malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
21 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















