İrşad Electronics sürətlə böyüməyə davam edir
Yaxın gələcəkdə Şəmkir, Xaçmaz mağazaları da müştərilərə təqdim ediləcək(®️) Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” cari ilin son 7 ayının nəticələrinə görə sürətli inkişafı təmin etməkdədir.
Belə ki, şirkət 2018-ci ildən başlayaraq xidmət şəbəkəsinin interyer dizaynın yenilənməsi işlərini davam etdirməklə yanaşı ölkə üzrə şəbəkənin genişləndirilməsini də uğurla həyata keçirməkdədir. Təkcə son 7 ay ərzində Bakı şəhəri və ona yaxın rayon və qəsəbələrdə yerləşən Memar Əcəmi, 8 Mkr., Azadlıq, 28 May, Nərimanov, Maştağa, Sahil, Lökbatan mağazalarını müasir üslubda yeniləmişdir. Yeni Azadlıq Residence mağazası müştərilərin istifadəsinə verilmişdir.
Regionlar üzrə isə Lənkəran, Qəbələ, Bərdə, Göyçay rayonlarında yerləşən mağazalar yenilənib və xidmət sahəsi genişləndirilib. Masallı rayonunda yeni mağaza istifadəyə verilib və yaxın gələcəkdə Şəmkir, Xaçmaz mağazaları da müştərilərə təqdim ediləcək.
Hazırda, Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Qeyd edək ki, mağazalar şəbəkəsinin genişlənməsi və şirkətin strukturlaşdırılması səbəbi ilə cari ilin ilk 7 ayında 233 nəfər işlə təmin edilmişdir. Ələlxüsus mart ayından etibarən ölkəmizdə də hökm sürən koronavirus pandemiyasına baxmayaraq, şirkət dövlətin çağırışlarına adekvat reaksiya verərək 21 mart - 01 Avqust 2020 -ci il tarixlərində işçi sayının azaldılması hallarına yol verməyib, əksinə tək bu müddət ərzində 185 nəfəri işə cəlb etməklə ölkədə məşğulluğun təmin edilməsinə öz tövhəsini vermişdir. Eyni zamanda şirkət təklif etdiyi rəqabət qabiliyyətli əmək haqqı və iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə özəl sektorda da özünə məxsus yer tutur. Bu etimadın nəticəsidir ki, karyerasını “İrşad Electronics” də başlamaq istəyənlərin sayı da kifayət qədərdir. Uzunmüddətli hədəfləri nəzərə alaraq şirkət loyal, peşəkar və inkişaf yönümlü şəxsləri seçir. Qeyd edək ki, əlavə vakansiyalar üzrə elanlar şirkətin rəsmi saytında və facebook sosial şəbəkəsində yerləşdirilir.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Sözü gedən müddət ərzində Rowenta, Lenovo, Tefal, Fakir, Panasonic, BOSCH kimi dünyaca məşhur brendlər şirkətlə əməkdaşlığa başlayıb. Şirkət həmçinin Samsung və Xiaomi brendlərinin Azərbaycanda rəsmi, HONOR brendinin isə eksklüziv distribüteridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 16 d. əvvəl
-
26 d. əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
-
1 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
1 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
1 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Ən çox oxunanlar
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı



















