“AccessBank” yeni layihəsinə start verir
"AccessPartner” layihəsi başlayır(®️) Biznes müştərilərə daha üstün xidmət təklif etmək üçün “AccessBank” yeni – “AccessPartner” layihəsinə start verir.
Kampaniya çərçivəsində biznes müştərilərə bank hesabının açılması, çek kitabçasının təqdim olunması, kartlar, POS terminallar, SMS Banking və “MyAccess” xidmətlərinə qoşulma ödənişsiz təklif olunur.
Bununla yanaşı, digər bank xidmətləri üzrə kommisiyalarda da güzəştlərin təqdim olunması nəzərdə tutulur. Yeni biznes müştəriləri layihəyə qatılmaqla, həmçinin “Overdraft” məhsulunu və Bank qarantiyasını güzəştli şərtlərlə əldə edə bilərlər.
“AccessPartner” hesablar üzrə illik dövriyyəsi 1 milyon AZN-dən çox olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Yeni məhsul standart şərtlərdən fərqlənən müxtəlif kredit məhsullarını təklif edir. Bundan başqa, bu təklif müştərilərə hesablar, əmək haqqı kartları, POS-terminallar üzrə əməliyyatlar üçün xüsusi tariflər, habelə, hesab qalıqlarına faiz hesablamaları təqdim edir.
Biznes müştərilər layihə haqqında ətraflı məlumat əldə etmək kampaniya üçün xüsusi olaraq yaradılmış https://accesspartner.az/ saytına daxil ola bilərlər.
Layihə 30.11.2020 tarixinədək aktualdır. Noyabr ayının sonunda müraciət edən müştərilər kampaniyadan növbəti 6 ay ərzində də yararlana bilərlər.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























