Azərbaycanda çay istehsalının 60 faizi Astara rayonunun payına düşür
Astara rayonunda çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.
Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi genişləndirilib.
Ölkəmizdə mövcud çay plantasiyalarının təxminən 26,4 faizi, çay istehsalının isə 60 faizi Astara rayonunun payına düşür.
Bu barədə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov məlumat verib.
Bildirilib ki, hazırda rayonda 272,5 hektar çay sahəsi var və bu sahələrdən 2020-ci il 1 avqust vəziyyətinə 393,3 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 128,5 ton (48,5 faiz) çox məhsul yığılıb. Məhsuldarlıq isə hektardan 9,4 sentner artaraq 28,7 sentnerə çatdırılıb.
Diqqətə çatdırılıb ki, Astarada çayçılıqla 5 kənd təsərrüfatı müəssisəsi məşğuldur. Bu ilin yeddi ayında həmin müəssisələr tərəfindən 143,2 ton və ya 81,5 faiz çox yaşıl çay yarpağı istehsal edilərək fabriklərə təhvil verilib. Məhsuldarlıq isə 6,9 sentner artaraq 15,4 sentner olub.
Əhali təsərrüfatları tərəfindən isə 250,1 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 34,5 faiz çox məhsul yığılıb.
Hazırda Astarada çay yığımı davam edir.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 37 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























