Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90%-i keçdi
Bu altı ay ərzində operatorun əlaqə mərkəzinə keçən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıq müraciət daxil olub(®️) “Azercell Telekom” MMC 2020-ci ilin ilk yarısı üçün Əlaqə Mərkəzinə daxil olan müraciətlərin sayı və onların araşdırılması ilə bağlı nəticələri təqdim edib. Belə ki, cari ilin ilk 6 ayında Azercell-in Əlaqə Mərkəzinə 2.300.000 müraciət daxil olub ki, onların 2.210.000-i və ya 96% cavablandırılıb və müştərinin müraciəti üzrə məsələlər dərhal həllini tapıb. Aylar üzrə bu göstərici 90-98 faiz arasında dəyişib.
Azercell-də cari ilin ilk yarısında xidmət səviyyəsinin göstəricisi ortalama 82% təşkil edib ki, bu, müasir dövrdə Avropa standartlarına əsasən çağrı mərkəzlərinin fəaliyyəti üçün yüksək nəticədir. Məlumat üçün bildirək ki, xidmət səviyyəsi - operatorun zəngi nə dərəcədə tez cavablandırması və müvafiq olaraq daxil olan müraciətin araşdırılması müddətinin qısalığını göstərir və mütləq şəkildə müştəri məmnuniyyətinə təsir etməklə yanaşı, təşkilatın imici üçün də əhəmiyyət kəsb edir. Həmçinin, Avropa standartlarına görə müştəri məmnuniyyəti göstəricisi 80%-dən yuxarı olmalıdır ki, son altı ayda Azercell-də bu göstərici 90%- dən artıq təşkil edib
5 milyonluq abunəçi ailəsinin rahatlığını təmin edən Azercell, ilk növbədə, müasir iş və yaşayış şəraitini nəzərə alaraq, abunəçilərinin müraciətlərini yeni platformalarda onlayn qaydada cavablandırır. Belə ki, 2019-cu ilin son rübündən etibarən Azercell-in onlayn müştəri xidmətləri sahəsində cavab platformalarının sayı dəfələrlə artırılıb. “Kabinetim” tətbiqetməsinə çat bölməsi əlavə olunub ki, proqrama daxil olan müştərilər birbaşa bu çatda müraciətlərini çatdıra bilirlər; eyni zamanda Play Market və AppStore üzərindən abunəçilərin tətbiqlə bağlı rəy bildirmək və suallara cavab almaq imkanı da işə salınıb. Ötən ilin noyabrından etibarən online xidmət 24/7 iş rejiminə keçib; Facebook-da müştərilərin müraciətləri fərdi çatda birbaşa qəbul edilməyə başlayıb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində Azercell onlayn müştəri xidmətləri sahəsində yenilikləri təqdim edib, belə ki, abunəçilər arasında populyarlaşan yeni Telegram sosial şəbəkədə "Azercell Bot" yaradılıb və uğurla tətbiq olunur.
Rəqəmlərə gəldikdə, 2020-ci ilin ilk 6 ayında ötən ilin müvafiq periodu ilə müqayisədə Azercell-ə daxil olan online müraciətlərin sayı təxminən 10 dəfə artıq olub. 2019-cu ilin ilk yarısında Online Çat vasitəsilə şirkətə 23 mindən yuxarı müraciət daxil olmuşdusa, bu il üçün bu göstərici 208 mindən çox olub. Keçən ilin dekabrında fəaliyyətə başlayan Facebook üzərindən fərdi çat sayəsində təkcə 6 ay ərzində 23.743 müraciətə baxılıb. Eyni zamanda, email vasitəsilə daxil olan və cavablandırılan müraciətlərin sayı da artıb: bu ilin 6 ayında email-la daxil olan 5538 məktubun hamısı cavablandırılıb. Bundan əlavə, Korporativ müştərilər üçün Telefon Mərkəzi ilk 6 ay ərzində - 49 min zəng və 16 min onlayn müraciət qəbul edib, Premium statuslu müştərilər üçün fəaliyyət göstərən xüsüsi Telefon Mərkəzi isə 55 min zəng qəbul edib. Beləliklə, 2020-ci ilin ilk yarısında Azercell-in Əlaqə Mərkəzi kanalları vasitəsilə 2 milyondan artıq müraciət cavablandırılıb.
Xüsusi olaraq qeyd edilməlidir ki, son aylar ölkəmizdə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbindən Azercell şirkətinin Əlaqə mərkəzi gücləndirilmiş iş rejimində çalışır. İşçilər üçün dərhal evdən işləmə şəraiti yaradılıb. Karantin rejimini nəzərə alaraq, Azercell Telekom öz abunəçilərinə evi tərk etməməsi və insan sıxlığı olan yerlərə getməməsi üçün distant xidmət kanallarından istifadəni tövsiyə edib. Qeyd edək ki, Azərbaycanda mobil rabitə bazarının lideri, 5 milyon vətəndaşın seçimi olan “Azercell Telekom” MMC hər zaman müştərilərinin rahatlığını düşünür və daima müştəri xidmətləri sistemlərinin ən qabaqcıl və innovativ modellərinin təkmilləşdirilməsi və tətbiqi üçün çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
14 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
16 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
16 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
16 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar













.jpg)






.jpg)
