“Aqri Kon” şirkəti tenderin qalibi oldu - NAZİRLİKDƏN TƏXMİNƏN 40 MİLYON MANAT ALACAQ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması” üçün elan etdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət “Aqri Kon” QSC-dir.
Xidmət "Aqri Kon” şirkəti ilə məbləği 39 milyon 415 min 200 manat olan satınalma müqaviləsi imzalayıb. Müqavilə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınmasını nəzərdə tutur.
"Aqri Kon" QSC artıq 3-cü dəfədir Dövlət Məşğulluq Xidmətinin elan etdiyi tenderin qalibi olur. Şirkət 2019-cu ildə 2 dəfə qalib olaraq Xidmətdən cəmi 33 milyon 929 min manatlıq sifariş alıb.
2018-ci ildə dövlət qeydiyyatına alınmış "Aqri Kon" QSC 2010 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Sultanovun olduğu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, m1-dir.
Qeyd edək ki, özünüməşğulluq proqramına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və onlar aktivlərlə təmin olunurlar. Bu aktivlər natura şəklində material, avadanlıq və digər əmlak ola bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



