"Turan” şirkəti BP-nın Azərbaycanda satınalmalarını idarə edəcək
"Turan Qazma və Mühəndislik” şirkəti ("SOCAR AQŞ" və Böyük Britaniyanın “KCA Deutag” şirkətinin birgə müəssisəsi) "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarəetmə üçün müqaviləyə düzəlişi nəzərdə tutan saziş imzalayıb.
15 iyundan qüvvədə olan saziş "Turan Qazma və Mühdənislik” birgə müəssisəsinin SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobl Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməni nəzərdə tutur.
Şirkət bu fəaliyyət üçün əlavə olaraq 71 nəfəri işə götürüb, onlardan 69 nəfəri Azərbaycan vətəndaşıdır.
Dəyişikliyin dəyəri 120 mln ABŞ dollar təşkil edir və 2019-cu ildə BP və “Turan Qazma və Mühəndislik” şirkətinin imzaladığı BP-nin operatoru olduğu 7 platformada qazma quyğularının əməliyyatları və texniki baxışını nəzərdə tutan müqaviləyə şamil olunur. Müqavilənin müddəti iki il uzanmanın mümkünlüyü ilə 5 ili əhatə edir.
Qeyd edək ki, "Turan Qazma və Mühəndislik" birgə müəssisəsi 2018-ci ilin iyul ayında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
17 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
19 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
20 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















