PAŞA Holding regionlarda təhsilə dəstək məqsədilə növbəti layihə həyata keçirir - FOTO
7400 uşağa PAŞA Holding-in könüllü əməkdaşları tərəfindən məktəbli forması və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim olunacaq.PAŞA Holding, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsilə dəstək məqsədilə "Birincilər" layihəsi reallaşdırılacaq.
Sentyabr ayının birindən etibarən layihə çərçivəsində regionlarda yaşayan aztəminatlı ailələrin məktəbə hazırlaşan övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Ümumilikdə ölkə üzrə 36 regiondan 7400 uşağa PAŞA Holding-in könüllü əməkdaşları tərəfindən məktəbli forması və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim olunacaq.
“PAŞA Holding olaraq biz, təhsil sahəsinə edilən yatırımları çox önəmli hesab edirik və anlayırıq ki, təhsilə qoyulmuş investisiya istənilən fiziki və ya hüquqi şəxsin edə biləcəyi ən uğurlu yatırımdır. Bu səbəbdən təhsilə, xüsusən də ölkəmizin biri birindən gözəl bölgələrində yaşayan böyük potensiala malik olan və ölkəmizin gələcəyinin qurucuları olacaq şagirdlərə dəstək Şirkətimizin Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqamətlərindəndir” – PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb.
Qeyd ekək ki, PAŞA Holding aztəminatlı ailələrdən olan birinci sinfə gedəcək uşaqlara dəstək məqsədi daşıyan bu layihəni 2018-ci ildən etibarən həyata keçirir. Belə ki, 2018-ci ildə Şirkət tərəfindən 350, 2019-cu ildə isə ümumilikdə 700 uşağa zəruri məktəbli ləvazimatları təqdim olunub. Ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)



