Çinə uçuşlarla bağlı tələblər sərtləşdi
Rəsmi Pekin hökuməti COVID-19 virusu baxımından yüksək riskli ölkələrdən Çinə olan uçuşlarla bağlı nəzarət tədbirlərini sərtləşdirib.
Ölkənin Mülki Aviasiya Administrasiyası həmin ölkələrdən Çinə uçan təyyarələrdə sərnişinlərin sayının hava gəmisinin tutumunun 75 faizindən çox olmaması barədə şərt qoyub. Bu şərt daha əvvəl sərnişinlərində yoluxma faktı aşkarlanması səbəbindən uçuşları dayandırılmış və müvafiq müddətdən sonra bərpa edilmiş şirkətlərə də aiddir. Belə ki, hər hansı aviasiya şirkətinin Çindəki təyinat nöqtəsinə 3 həftə ardıcıl uçuşları zamanı gələn 5-dən çox sərnişində yoluxma aşkarlanarsa, həmin şirkətlər 75 faiz tələbinə riayət etməlidirlər. Administrasiya pandemiya dövründə yoluxmalar səbəbindən xaricdən Çinə 31 istiqamət üzrə uçuşları müvəqqəti dayandırıb, 52 uçuşu isə ləğv edib.
Qeyd edək ki, Çin hökuməti xaricdən virus axınının qarşısını almaq üçün martın sonundan beynəlxalq uçuşları və ölkəyə əcnəbilərin girişini xeyli dərəcədə məhdudlaşdırıb. İndiyədək xaricdən gələn 2517 sərnişinin COVID-19 daşıyıcısı olduğu aşkarlanıb. Hökumətin qərarı ilə xaricdən gələn sərnişinlər öz hesablarına 14 gün karantində qalmalıdırlar.
Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı















.jpg)








