“AzeriMed" kollektivi Milli Orduya 250 min manat ianə köçürüb - VİDEO
"AzeriMed" MMC-nin kollektivi Milli Ordumuzun erməni işğalçılarına qarşı Vətən Müharibəsində əldə etdiyi uğurları, düşmənin əzəli torpaqlarımızdan qovulub çıxarılmasının gündən- günə geniş vüsət almasını böyük ruh yüksəkliyi və sevinclə qarşılamışdır. Şirkətin Vətənin çağırışına dərhal cavab verərək cəbhənin müxtəlif bölgələrinə könüllü olaraq yollanmış 49 əməkdaşı da xalqımızın uğurla yazdığı zəfər salnaməsinin əsas iştirakçılarıdır.
Xəbər verildiyi kimi, hərbi əməliyyatlar başalayandan"AzeriMed"MMC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilmişdir. Bundan sonra da ordu üçün, cəbhə üçün lazım olan bu tipli tibbi məhsullar mütəmadi şəkildə müxtəlif hərbi birləşmələrə çatdırılacaqdır.
Bu günlərdə hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkət işçiləri də ümumi qələbəmiz üçün dəstək aksiyalarına qoşulmuşlar. "AzeriMed"MMC-nin əməkdaşları Azərbaycan Ordusuna Dəstək Fonduna 250 min manat ianə toplayıb təhvil vermişlər.
"AzeriMed" MMC-nin kollektivi Azərbaycan Silahlı Qüvvələrinin yaxın zamanda erməni işğalçıları üzərində həlledici və qeyd-şərtsiz qələbə çalacağına ürəkdən inanır və bu müqəddəs mübarizədə qəhrəman əsgərlərimizə uğurlar arzulayır!
Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





