"FAB Boya" şirkəti Silahlı Qüvvələrə yenidən 50 min manat köçürdü
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şanlı Azərbaycan ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir.
Müzəffər ordumuzun rəşadəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan rayonları, bir sıra yüksəkliklər və yaşayış məntəqələri düşmən tapdağından azad olunub.
“FAB Boya və Kimya Sənayesi” MMC Milli Ordumuzun haqq savaşına dəstək məqsədilə növbəti dəfə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb.
Bu barədə şirkətdən verilən məlumatda qeyd edilib:
“Ordumuzun qazandığı uğurlar “FAB Boya və Kimya Sənayesi” MMC olaraq bizi də qürurlandırır. İnanırıq ki, qısa zaman ərzində işğal altındakı bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq, soydaşlarımızın vətən həsrətinə son qoyulacaq. Qeyd edək ki, hazırda “FAB Boya və Kimya Sənayesi” MMC-nin 30-dan çox əməkdaşı Milli Ordumuzun sıralarında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən haqq savaşında iştirak edir. Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan Xalqı! Qarabağ Azərbaycandır!”
Xatırladaq ki, bu ilin Sentyabr ayının sonunda Şirkət tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





.jpg)
