Unibank maliyyə göstəricilərini açıqladı – 11 MİLYON MANAT....
Unibank 2020-ci ilin 9 ayını (yanvar-sentyabr) 11 milyon 248 min manat xalis mənfəət ilə başa vurub. Bankın müştərilərə verdiyi kreditlər, faiz, haqq və komissiya gəlirləri artıb.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Unibankın cəmi əməliyyat gəlirləri 84 milyon 991 min manat, cəmi əməliyyat xərcləri 71 milyon 857 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 13 milyon 134 min manat əməliyyat mənfəəti yaranıb. Unibank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 1 milyon 886 min manat ayırdığından cari ilin 9 ayını 11 milyon 248 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayı ərzində Unibankın cəmi əməliyyat gəlirləri 124 milyon 860 min manat, əməliyyat xərcləri 69 milyon 537 min manat, əməliyyat mənfəəti 55 milyon 323 min manat, ehtiyatlara ayırma 33 milyon 947 min manat, xalis mənfəəti isə 21 milyon 376 min manat təşkil etmişdi.
FAİZ, HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ ARTIB
2019-cu ilin 9 ayında Unibankın faiz gəlirləri 60 milyon 378 min manat ikən, 2020-ci ilin 9 ayında 64 milyon 195 min manat təşkil edib (6,3% artıb). Bankın qeyri-faiz gəlirləri isə 64 milyon 482 min manatdan 20 milyon 796 min manata enib. Qeyd edək ki, qeyri-faiz gəlirlərinin azalması daimi olmayan “Digər gəlirlərin” azalması ilə əlaqədardır. Unibankın haqq və komissiya gəlirləri 18,7% artıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2020-ci il tarixində Unibank 752 milyon 814 min manat cəmi aktivlərə malik oub. Cəmi aktivlərin 556 milyon 671 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlər 49 milyon 202 min manat və ya 9,7% artıb. Ötən ilin sonunda Unibankda müştərilərə verilmiş kreditlər 507 milyon 470 min manat təşkil etmişdi. Qarşıdakı dövrlərdə faiz gəlirlərindəki artımın davam etməsi üçün müştərilərə verilən kreditlərin də artması lazımdır.
30 Sentyabr 2020-ci il tarixində Unibank 86 milyon 564 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)






