"Toyota"nın xalis mənfəəti 45% azalıb
Yaponiyanın "Toyota Motor Corp." avtomobil konserninin xalis mənfəəti 2020-2021-ci maliyyə ilinin ilk yarısında (sentyabrın 30-da başa çatıb) 629,37 mlrd. yen (6,03 mlrd. ABŞ dolları) təşkil edib ki, bu da illik ifadədə 45,3% azdır.
Bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Qeyd olunub ki, hesabat dövründə səhm üzrə seyrəltilmiş mənfəət son maliyyə ilinin ilk yarısındakı 403,51 yenə (3,87 dollar) qarşı 223,81 yen (2,15 dollar) olub. Şirkətin gəlirləri illik ifadədə 25,9% azalaraq 11,375 trln. yenə (109 mlrd. dollar), əməliyyat mənfəəti isə 2,7 dəfə azalaraq 519 mlrd. yenə (4,98 mlrd. dollar) enib.
Maliyyə ilinin ilk yarısında "Toyota" 3,086 mln. avtomobil realizə edib ki, bu da bir il əvvələ nisbətən 50% azdır.
Maliyyə ilinin II rübünün nəticələrinə görə, "Toyota"nın xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% azalaraq 470,5 mlrd. yenə (4,5 mlrd. dollar) bərabər olub. Səhm üzrə seyrəltilmiş mənfəət bir il əvvəlki 187,12 yenə (1,79 dollar) qarşı 166,68 yen (1,6 dollar) olub. Şirkətin rüblük gəlirlər 11,3% azalaraq 6,774 trln. yen (65 mlrd. dollar), əməliyyat mənfəəti isə 23% azalaraq 506,061 mlrd. yen (4,8 mlrd. dollar) təşkil edib.
Eyni zamanda, "Toyota" şirkəti cari maliyyə ilində avtomobil satışlarına dair proqnozunu əvvəlki proqnozdakı 7,2 mln-dan 7,5 mln-dək yaxşılaşdırıb.
Şirkət həmçinin, gəlir və xalis mənfəət üzrə proqnozlarını da yaxşılaşdırıb. "Toyota" 24 trln. yen (230 mlrd. dollar) deyil, 26 trln. yen (249 mlrd. dollar) gəlir əldə edəcəyini proqnozlaşdırır. Xalis mənfəət proqnozu isə təxminən iki dəfə artırılıb – 730 mlrd. yendən (7 mlrd. dollar) 1,42 trln. yenədək (13,6 mlrd. dollar).
Qeyd edək ki, "Toyota Motor Corp." şirkəti "Toyota Group"un ən böyük bölməsidir və Yaponiya avtomobil sənayesinin lideridir. Şirkət 1937-ci ildə təsis olunub, baş qərargahı Ayti prefekturasının Toyota şəhərində yerləşir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)






