“ASK Şüşə” tam gücü ilə məhsul istehsalına çatmayıb
İldə 80-85 milyon şüşə tara həcmində istehsal gücünə malik olan “ASK Şüşə” 2020-ci ilin sonunadək 66 milyon ədəd hazır məhsul istehsal etməyi planlaşdırırİstehsal müəssisəsinin modernləşdirilməsi, istehsal gücünün artırılması, habelə istehsalın optimallaşdırılması və rəqabətə davamlı məhsul istehsalına nail olmaq məqsədilə müvafiq strategiya və fəaliyyət planının hazırlanması çərçivəsində “ASK Şüşə” MMC-də birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb.
Marja xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası”nın yaydığı məlumata görə, nəticədə müəssisənin istehsal gücü ildə 80-85 milyon şüşə tara həcmində artırılıb və istehsal olunmuş hazır məhsulun həcmi 2019-cu ildə 37 milyon 850 min ədəd olduğu halda, cari ilin 10 ayında iki xətt üzrə 55 milyon 710 min ədəd şüşə tara təşkil edib və 2020-ci ilin sonunadək 66 milyon ədəd olması gözlənilir.
İxrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa imza ataraq, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb. Müəssisə cari il üçün həmin şirkətə 1 milyon 600 min ədəd şüşə tara ixrac edib. Hazırda müəssisə tərəfindən keyfiyyətin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında texniki nəzarətin daha da təkmilləşdirilməsi məqsədilə Almaniyadan keyfiyyətə nəzarət aparatı alınıb ki, bu da daha böyük həcmli şüşə tara istehsalına imkan yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







