Prezident keçmiş köçkünlərə müraciət etdi
“Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.
Marja-nın məlumatına görə, bunu Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.
Prezident sözlərinə belə davam edib:
İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq.
Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq!”
Həmçinin oxu
İlham Əliyev və birinci xanım hərbçilərlə görüşüblər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
1 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Ən çox oxunanlar
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti




.jpg)
.jpg)









.jpg)








