Bu gün Türk Lirəsi üçün həllədici qərar açılanacaq
Türkiyə Mərkəzi Bankının bugünkü faiz yığıncağının son illərin ən kritik faiz yığıncağı olduğu, çünki bu faiz qərarının valyuta məzənnələrinə, kredit faizlərinə və istehlak mallarının qiymətlərinə daha ciddi təsiri olacağı bildirilir.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bu gün Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.
Bu gün veriləcək faiz qərarı TCMB-nin yeni sədri Naci Ağbalın ilk faiz qərarı olacaqdır.
Marja xəbər verir ki, iqtisadçılar Mərkəzi Bankın bugünkü yığıncaqda faizi 4,75 bənd artıraraq əsas pul siyasəti faizini 15%-ə çatdıracağını gözləyirlər. İqtisadçıların proqnozunun reallaşması vəziyyətində, bu, 2018-ci ilin Sentyabr ayında edilən 6,25 bənd faiz artımından sonra ən yüksək faiz artırımı olacaq.
Bazarlarda ən aşağı faiz artımı proqnozu 1,5 bənd, ən yüksək artım gözləntisi 5,5 faiz bəndidir.
Hazırda TCMB-nin əsas faizi 10.25%-dir.
TCMB, Oktyabr yığıncağından sonra bir sıra sərt addımlar atıb.
Noyabr ayında isə bankın sədri dəyişib. Türkiyə Prezidentinin fərmanı ilə Murat Uysal vəzifədən azad edilərək Naci Ağbal təyin edilmişdir. Ağbal ilk yazılı açıqlamasında "Qiymət sabitliyinin təmin edilməsi üçün bütün siyasət vasitələrindən istifadə ediləcək" ifadələrini istifadə etmişdir.
Mərkəzi Bank proqnozlardan az faiz artırarsa Türk Lirəsi yenidən ucuzlaşa bilər. Lirənin bahalaşmasının davam etməsi üçün azı proqnoz qədər faizin artırılması tələb olunur.
Ötən həftə Türk Lirəsi Türkiyədə yeni iqtisadi dövrün başlayacağına dair açıqlamalardan sonra bahalaşıb.
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyata dair verdiyi mesajlar Türk Lirəsini dəstəkləyib.
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan, Partiyasının yığıncağında iqtisadiyyatda yeni dövrə işarə edərək, iqtisadi artım, sabitlik və məşğulluq üçüni bir səfərbərlik başladılacağını söyləyib. Ərdoğan, Mərkəzi Bankın yeni sədri Naci Ağbal ilə Xəzinə və Maliyyə Naziri Lütfü Elvanın atacaqları hər addımda onların yanında olacağını da vurğulayıb.
Ərdoğan, "Ölkəmizi riski az, etibarı yüksək, qazancı qənaətbəxş bir cazibə mərkəzi halına gətirməkdə qərarlıyıq. Makroiqtisadi sabitliyi təmin edəcəyik. Biznes və sərmayə mühitini daha cazibədar etmək istəyirik. İqtisadi rəhbərlik beynəlxalq sərmayəçilər ilə yaxın əlaqədə olacaq. Struktur islahatları davam edəcək",- ifadələrini istifadə edib.
Həm Mərkəzi Bankın yeni sədri Naci Ağbalın, həm də yeni Maliyyə və xəzinə naziri Lütfi Elvanın mesajları, həm də Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, bazarlarda TCMB-in güclü faiz artırımı edəcəyinin siqnalı olaraq qiymətləndirilib və bu gözlənti ilə dollar/TL məzənnəsi 8,57-dən 7,60-a qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
16 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
25 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 46 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib






.jpg)






.jpg)






