"Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz normal münasibətlər qurmağa hazırıq"
"Əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq".
Marja xəbər verir ki, bunu xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
"Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz - energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır",- İlham Əliyev bildirib.
Həmçinin oxu
İlham Əliyevin xalqa müraciəti - TAM VERSİYAMüştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
25 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)




.jpg)













.jpg)
