Maliyyə bazarlarında son vəziyyət - 30.11.2020
EUR.
Beynəlxalq valyuta birjalarında koronavirusa qarşı peyvəndin tapılmasına dair müsbət xəbərlərə EUR/USD məzənnəsinin daha çox reaksiya verdiyi müşahidə edilir. Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da dərc ediləcək Avrozonanın inflyasiya səviyyəsinə dair göstəricilər fonunda proqnozlar da müsbət istiqamətindədir. Çərşənbə günü və cümə axşamı müvafiq olaraq saat 14:00-da açıqlanacaq işsizlik və pərakəndə satış dövriyyəsi göstəriciləri də diqqət mərkəzindədir.
Beləliklə, noyabr ayından bahalaşmağa başlayan avro, 1.20$-a kimi bahalaşa bilər.
GBP.
GBP/USD məzənnəsinin isə 1.3363$-ın qırılması ilə 1.35$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Breksit ticarət sazişi danışıqlarının önəmli mərhələsini aşa bilməməsinə baxmayaraq, dollardaki ucuzlaşma özünü burada da göstərir.
Bu baxımından bu həftə Amerikanın xidmət, sənaye və əmək bazarına dair yayımlanacaq önəmli fundamental göstəricilər də böyük maraqla gözlənilməkdədir.
TRY.
Türkiyə Mərkəzi Bankı (TCMB) lirəyə və ölkədəki inflyasiyaya müsbət təsir edə bilmək üçün sərtləşdirmə siyasəti aparır. Beləliklə, lirədə növbəti bahalaşma dalğası bankın növbəti addımlarından asılı olacaqdır.
Təhlillərə əsasən, USD/TRY məzənnəsi cari həftə ərzində 7.90TL-nin altında qaldıqca, 7.62TL-yə kimi ucuzlaşa bilər.
OIL.
Dünya enerji birjalarında Brent neftinin bir barel qiym əti 49$-a kimi dəyər qazandıqdan sonra korreksiyaya başlayıb və 46.64$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Gələn il üzrə qlobal iqtisadi proqnozların yaxşılaşması, əlvan metallar bazarlarında bir unsiya üzrə qızılın, 1764$-a (56.7 $/qram) kimi dəyər itirməsinə səbəb olub və sonuncu səviyyənin də qırılması ilə ucuzlaşma 1711$-a (55 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

























