“Petkim Holding” İzmirdə yeni xəstəxananın tikintisinə dəstək olacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Petrokimya Holding A.Ş” Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində daha bir sosial layihəyə dəstək olub.
Türkiyə mətbuatının verdiyi məlumata görə, İzmirin Aliağa bölgəsindəki mövcud Dövlət Xəstəxanasının artan tələbatını ödəmək üçün ortaq bir layihəyə başlayaraq protokol imzalanıb.
İmzalanmış protokola əsasən, İzmir Valiliyi Sağlamlıq İdarəsi tərəfindən yeni Təcili Yardım Əsas binasının layihəsi hazırlanacaq. Korporativ Sosial Məsuliyyət çərçivəsində layihəni dəstəkləyən “Petkim Petrokimya Holding A.Ş” layihənin reallaşmasına və inşasına maddi dəstək göstərəcək.
Təcili Yardım əsas binasının 75 gün ərzində istifadəyə verilməsi gözlənilir. Layihədə binanın tikintisinin ilk 2 mərtəbəsinin dəyəri “Petkim Petrokimya Holding A.Ş” tərəfindən ödəniləcək. Layihə çərçivəsində Yanıq Şöbəsi və Reanimasiya Xidmətlərini əhatə edəcək.
Protokolun imzalanma mərasimdə Əliağa qəsəbəsinin icra nümayəndəsi (kaymakamı) Ömər Karaman, Əliağa Bələdiyyəsinin sədri Sərkan Acar, Əliağa Dövlət Xəstəxanasının Baş həkimi Yalçın Koçyiğit və “Petkim Petrokimya Holding A.Ş”-nin sədr müavini Xaliq Mustafayev iştirak ediblər. Bütün tırəflərin iştirakı ilə imzalanma mərasimi baş tutub.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


