Final qida markasından qalib əsgərlərimizə dəstək - 100 MİN MANAT...
Final qida markası aztəminatlı əsgər ailələrinə ümumilikdə 100 min manat dəyərində alış-veriş kartı təqdim edir.(®️) 44 gün davam edən Vətən müharibəsi müzəffər ordumuzun şanlı qələbəsi ilə bitdi. Azərbaycan xalqı arxa cəbhədə göstərdiyi birliklə, mətanətlə bütün bu günlər ərzində ürəklə ordumuzun qələbəsinə inandı, birlik nümayiş etdirdi. Final qida markası həm döyüşlərin davam etdiyi vaxtda, həm də qələbəmizi bayram etdiyimiz bu günlərdə əsgərlərimizin və onların ailələrinin yanındadır.
Final qida markası Xalqımızın haqq davası uğruna canlarını düşünmədən fəda etməyə hazır olan müzəffər ordumuzun əsgərlərinə də dəstək oldu! Qalibiyyətlə evlərinə dönən əsgərlərimizin və onların ailələrinin maddi ehtiyaclarına dəstək olmaq üçün Final qida markası aztəminatlı əsgər ailələrinə ümumilikdə 100 min manat dəyərində alış-veriş kartı təqdim edir.
Final qida markası təşəbbüsü ilə başlayan bu kampaniya çərçivəsində Şəmkir, Tovuz, Gəncə və Bərdə şəhərlərindən aztəminatlı ailələrə edilən yardımlar xalqın sevimli sənətkarı Roza Zərgərlinin simanında təqdim edilib. Aztəminatlı ailələrin yanında olmağa davam edən Final qida markası digər bölgələrə də ziyarətlərini davam etdirəcək.
Azərbaycanın ilk yerli qida markalarından biri olaraq xalqımızın ən çətin günlərindən bu yana qida təminatı missiyasını öhdəsinə götürmüb, ləyaqətlə yerinə yetirib və bunu davam etdirir.
İllərdir Sizinlə olan Final Ürəklə Sizinlə olmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
14 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
4 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
4 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb























