PAŞA Bankın dəstəyi ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçirilib
Onlayn formatda keçirilən hakatonun əsas məqsədi müvafiq sahə üzrə gənc proqramçıları, mühəndisləri və İT sahəsində təhsil alan istedadlı şəxsləri bir araya gətirmək olub. Təhlükəsizlik və müdafiə sahəsində innovativ arxitektura və proqram həllərinin tətbiq edilməsi, o cümlədən bu istiqamətdə müxtəlif tərəflər arasında əməkdaşlığın artırılması da tədbirin əsas hədəfləri sırasında yer alıb.
48 saat ərzində davam edən yarışda iştirakçılar əvvəlcədən müəyyən olunmuş mövzular üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də “hardware” və “software” proqram təminatı üzərində çalışıb. Beləliklə də, rəqəmsal təbliğat problemi üzrə Moldovadan olan “FakeReveal” komandası 1-ci yerə, müvafiq problem üzrə çalışan Azərbaycanın “AzOP Fables” komandası 2-ci yerə, müdafiə texnologiyaları problemi üzrə isə Azərbaycandan “VRSoldiers” komandası 3-cü yerə layiq görülüb.
Tədbirdə PAŞA Bankı təmsil edən və mentor qismində hakatona qatılan Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilovun sözlərinə əsasən, biz, texnoloji yeniliklərin dünyanı sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq.
“Bizim məlumatları qavrama və istifadə etmə bacarığımız hansı aralıqda və nə dərəcədə sürətli öyrənməyimizə bağlıdır. Müasir texnologiyaların geniş tətbiqi fəaliyyət sahəsindən asılı olmayaraq artıq bir zərurətə çevrilib. PAŞA Bank, Azərbaycana yeniliklər gətirən bir qurum kimi gələcəkdə də bu səpkidə fəaliyyətini davam etdirəcək və gənc İT istedadlarını dəstəkləyəcəkdir. Şübhəsiz ki, bu cür yenilikçi hakatonlar bizə dəyişikliklərin öhdəsindən gəlməyə, sənayedə cari və gələcək çağırışları həll etmək üçün yeni texnologiyalar tapmağa və onları gündəlik həyata uyğunlaşdırmağa gözəl imkanlar yaradır”, deyə PAŞA Bankın təmsilçisi bildirib.
Məlumat üçün bildirək ki, onlayn tədbirdə 30-dan çox xarici və yerli mentorun dəstəyi ilə 19 xarici və 31 yerli komanda yarışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
46 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
1 saat əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
1 saat əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)



.jpg)
