"Silahlı Qüvvələrə Yardım Fonduna edilən ianələrin 54%-i özəl sektorun payına düşüb"
Silahlı Qüvvələrə Yardım Fonduna edilən ianələrin 54%-i özəl sektor tərəfində həyata keçirilib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib.
Nazir əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin 15,94%-i özəl sektorun payına düşüb.
M. Cabbarov onu da qeyd edib ki, hazırda Azərbaycan qarşısında duran məsələlər işğaldan azad edilmiş torpaqlarda iqtisadi infrastrukturun yaradılması, yaşayışın təmin edilməsi və COVID-19 pandemiyasına qalib gəlməkdir.
Qeyd edək ki, "Azərbaycanda Xarici Biznes 2020" hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 2 d. əvvəl
- 23 d. əvvəl
- 37 d. əvvəl
-
57 d. əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 9 saat əvvəl
-
11 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
Ən çox oxunanlar
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü























