Bank “BTB” manat əmanətinin faizini 17-yə qaldırıb
Bank “BTB” ASC müştərilərin önəm verdiyi gözləntiləri nəzərə alaraq, optimal və sərfəli şərtlərlə hazırlanmış 2 növ əmanət məhsulunu (Müddətli və Proqressiv) təklif edir.
Bu əmanət növlərini bir-birindən fərqləndirən əsas şərtlər odur ki, Müddətli əmanət növündə yerləşdirilən məbləği periodik olaraq artırmaq olmur, əvəzində isə əmanət vaxtından əvvəl çıxarılarsa hesablanmış faizlər qismən ödənilir. “Proqressiv” əmanət növündə isə yerləşdirilən əmanəti mütəmadi olaraq artırmaq mümkündür, lakin vaxtından əvvəl çıxarılan əmanətə görə heç bir faiz hesablanmır. Proqressiv əmanətini banka gəlmədən, “online” şəkildə və ya ödəniş terminalları vasitəsilə də artırmaq mümkündür.
“Müddətli” əmanəti 3 aydan 36 aya qədər müddətdə, AZN valyutası üzrə 17%-dək illik faiz dərəcəsi ilə, “Proqressiv” əmanəti isə 3 aydan 24 aya qədər müddətdə, AZN valyutası üzrə 16,5%-dək illik faiz dərəcəsi ilə yerləşdirilə bilər.
Əmanət növlərinin digər şərtləri bir-birindən fərqlənmir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, əgər Müştəri əmanətinin ADİF tərəfindən sığortalanmasını istəyirsə, onda müştərinin istəyi əsasında əmanət üzrə faiz dərəcəsi azaldılaraq sığortalanan əmanətlərin faizinə uyğun təyin edilə və əmanət yerləşdirilə bilər. Hazırda AZN valyutasında 15%-dək yerləşdirilən əmanətlər ADİF tərəfindən tam sığortalanır. Əmanət üzrə hesablanan faizləri müştəri istəyinə görə aylıq, rüblük və ya müddətin sonunda əldə edə bilər. Əmanətçi Əmanət üzrə hesablanmış faizlərin kart hesabına köçürülməsini istədikdə, bu məqsədlə ona əlavə olaraq pulsuz Visa Electron Savings kartı verilir.
Bundan əlavə qeyd edək ki, Əmanət yerləşdirildikdən sonra əmanətin təminatı əsasında müştəri üçün əmanət məbləğinin 80%-dək həcmdə kredit və ya kredit xətti açıla bilər. Həmçinin Əmanətin minimum məbləğlərinə uyğun olaraq Əmanətçilərə onların istəyinə əsasən müvafiq VİSA və ya MasterCard plastik kartları hədiyyə verilə bilər. Yekun olaraq qeyd edək ki, əmanətlər AZN və ya USD valyutasında olmaqla, 3-cü şəxsin adına da yerləşdirilə bilər.
Sadalanan bütün üstünlükləri nəzərə alsaq, Bank BTB-nin əmanət məhsullarının şərtləri hazırda ən optimal təkliflərdən biridir.
Bank BTB-nin Müddətli və Proqressiv əmanətləri üzrə bütün şərtlər barədə (012) 946 nömrəli Məlumat Mərkəzindən,www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
21 d. əvvəl
“Bakı-Əyrici-Toxucu” şirkətinin xalis mənfəəti 100 dəfədən çox azalıb
- 14 saat əvvəl
-
-
14 saat əvvəl
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
-
14 saat əvvəl
SEPAH Körfəzdə İsrailə məxsus neft tankerini vurduğunu iddia edir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
15 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Avropa ölkəsinə karbamid ixracını kəskin artırıb
Ən çox oxunanlar
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır










.webp)


.jpg)












