Energetika Nazirliyində yeni təyinat olub
Energetika Nazirliyinin 21 dekabr 2020-ci il tarixli əmri ilə Zeynalov Orxan Namiq oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.
Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.
2003-2020-ci illər ərzində Xarici İşlər Nazirliyi (XİN) sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2003-2004-cü illərdə XİN-də enerji, nəqliyyat və ətraf mühit üzrə mütəxəssis, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyində iqtisadi-ticarət məsələləri üzrə attaşe, 2008-2009-cu illərdə XİN mərkəzi aparatında regional iqtisadi təşkilatlar üzrə məsul əməkdaş, 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində, həmçinin ATƏT yanında Daimi Nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə O.Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri (D2) vəzifəsinə seçilərək, 2013-2016-cı illər ərzində sözügedən təşkilatda Azərbaycanı təmsil edib.
2018-ci ildə XİN sisteminə bərpa olunaraq, Avropa İttifaqı (Aİ) şöbəsinin müdiri və 2017-ci ilin fevral ayından Aİ-Azərbaycan Yeni İkitərəfli Sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini olub. 2016-2017-ci illərdə “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri 2018-2020” sənədi üzrə Azərbaycan tərəfindən danışıqlar prosesinin aparılması və sənədin razılaşdırılmasında bilavasitə iştirak edib.
2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.
İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)



.jpg)









