Azərbaycanın Türkiyədən idxalı 14 %-dən çox artıb
2020-ci ildə Türkiyədən Azərbaycana 1 milyard 854 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Türkiyə mətbuatı xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 14,2 % çoxdur.
Ötən il Azərbaycana ən çox Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərindən məhsul idxal edilib. Müvafiq olaraq 1 milyard 56 milyon ABŞ dolları, 217 milyon ABŞ dolları və 79 milyon ABŞ dolları. Bunlar illik müqayisədə müvafiq olaraq 18,2 %, 11,7 % və 20,4 % çoxdur.
Türkiyənin şəhərləri arasında Sırt və Muşdan ötən il Azərbaycana ixrac olmayıb. Bingöl və Gümüşhane şəhərləri isə 21,4 min ABŞ dolları və 32,4 min ABŞ dolları məbləğində göstəricilərlə ən aşağı pillələrdə qərarlaşıb.
Azərbaycan ötən il Türkiyədən ən çox kimya məhsulları (400,5 milyon dollarlıq, 24,4 % çox), müdafiə və aviasiya sənayesi məhsulları (260,8 milyon dollarlıq, 2,9 dəfə çox), elektronika məhsulları (170 milyon dollarlıq, 0,6 % az) alıb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
5 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
5 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























