Azərbaycandan xaricə istilik sistemi avadanlıqları ixrac ediləcək
“Lənkəran Mexanikləşdirmə” MMC-nin direktoru Beytulla Talıbov bildirib ki, başçılıq etdiyi müəssisənin ölkəmizdə “Made in Azerbaijan” brendi ilə “SELSİON” markalı yüksək keyfiyyətli müasir istilik sistemləri avadanlıqları istehsal edən yeganə müəssisədir.
“Lənkəran Mexanikləşdirmə” MMC-də Azərbaycan sənayesi üçün yeni olan müasir 2 və 3 keçidli suqızdırıcılar, buxar və qaynar yağ qazanları, tək və cüt spirallı boylerlər, günəş kollektorları istehsal olunur. Bu istilik sistemlərinin beynəlxalq standartlara uyğun istehsalı və sınağı, həmçinin texniki xidməti təşkil edilir. Əsas məqsəd Azərbaycan markalı istilik sistemləri avadanlıqları ilə həm yerli bazarın tələbatını ödəmək, həm də xaricə ixrac etməkdir. Müəssisəmiz İSO 9000 (keyfiyyət), İSO 14000 (ekologiya) və İSG-OHSAS 18001 (texniki təhlükəsizlik) sertifikatlarına layiq görülüb. İstehsal olunan avadanlıqların gəmiçilik sənayesində tətbiqi və quraşdırılması ilə bağlı Təsnifat Cəmiyyətlərinin Beynəlxalq Assosiasiyasının üzvü olan “Rusiyanın Azərbaycandakı Dəniz Gəmiçiliyi Registri” MMC-nin müvafiq sertifikatını almışıq”, - deyə MMC-nin rəhbəri bildirib.
“Lənkəran Mexanikləşdirmə” MMC-nin 2016-cı ilin fevralında Moskvada “Krokus Ekspo” və oktyabrda Bakıda “Baku Ekspo” Beynəlxalq sərgi mərkəzlərində istehsal etdiyi məhsullarla iştirak edərək iştirakçıların rəğbətini qazandığını vurğulayan B.Talıbov Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstanda fəaliyyət göstərən yerli satış şirkətləri ilə danışıqlar aparılaraq, məhsul ixracı ilə bağlı müvafiq razılaşmaların əldə olunduğunu diqqətə çatdırıb.
Müəssisənin rəhbəri deyib: “Dövlətimizin başçısının sahibkarlara göstərdiyi hərtərəfli dəstəkdən ruhlanaraq, müəssisəmizdə istehsal etdiyimiz yüksək keyfiyyətli məhsullarla həm yerli bazarın tələbatını ödəyəcək, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda ölkəmizi layiqincə təmsil edəcəyik.”
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















