Bakıda son model “Mercedes Benz” avtomobillərinin sınaq sürüşü təşkil edilib
29 Aprel 2017-ci il tarixində “Mercedes Benz” avtomobillərinin Azərbaycanda dileri “Autostar Kaukasus” şirkəti tərəfindən avtomobillərin ənənəvi sınaq sürüşü tədbiri təşkil edilmişdi.
“Boulevard Hotel”də keçirilmiş sınaq yürüşünə “Mercedess-Benz”in 6 modeli təqdim edilmişdi.
“AutoStar Kaukasus” şirkətinin Baş direktoru Kamil Məmmədov “Marja”ya bildirdi ki, atıq insanlar avtomobil seçərkən, brend arasında deyil, avtomobilin texniki xüsusiyyətləri və yürüş qabiliyyəti üzərində seçim edir:
“Məqsəd potensial alıcıları “Mercedess-Benz” model sırası ilə sürərək tanış etməkdir. Bu gün 6 modelimiz sürmək üçün, 3 modelimiz isə tanışlıq üçün nümayiş edilir . Test-drayv üçün yeni “V-Class”, yenilənmiş “GLS”, yenilənmiş “GLE”, tam yen “GLC Cupe”, yeni “E-Class” və “C-Class” modelidir. Əlavə olaraq “CLA”, “CLS” və “E43” modelləri də sərgilənir”.
BAKIDA YENİ “S-CLASS”IN TƏQDİMATI KEÇİRİLƏCƏK
Kamil Məmmədov qeyd etdi ki, bu ilin İyun ayında Bakıda yenilənmiş “S-Class” modelinin təqdim edilməsi planlaşdırılır:
“Yenilənmş “S-Class” artıq çıxıb. Distribyutor “Avto Kapital-Azərbaycan” şirkəti və onun dilerləri “AutoStar Kaukasus” şirkəti və Abşeron Avtomobil Mərkəzi birgə möhtəşəm təqdimat keçirməyi nəzərdə tutur.
Bundan başqa, bu il “A-Class” sedan modelinin təqdimatı planlaşdırılır.
Bildiyimiz kimi, “Mercedess-Benz” ötən ilin sonlarına yaxın ilk pikap modelini təqdim edib. Çatsaq, ilin sonunda “Mercedes Benz”in pikap modeli olan “X-Class”ı da təqdim etməyi planlaşdırırıq”.
“SATIŞLARIMIZ ARTIB”
Kamil Məmmədov əlavə etdi ki, 2016-cı ilin 1-ci rübü ilə müqayisədə 2017-ci ilin 1-ci rübündə satışlar daha yüksək olmuşdur:
“Dekabr ayında “AutoStar Kaukasus” şirkəti tərəfindən 22 ədəd, Abşeron Avtomobil Mərkəzi tərəfindənisə 10 Mercedes-Benz avtomobili satılıb. Öncədən sifarişlər ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Artıq Avqust ayına qədər olan limitimiz bitib.
Ən cox təlabat yeni modellərədir. Ən çox “GLS”, “GLS Cupe”, “GLE Cupe” və “E-Class” modelləri alınır. “GLS Cupe”yə təlabat çox yüksəkdir və zavod müyyən sayda göndərdiyindənbiz təlabatı ödəyə də bilmirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



