Əvvəlki sədrlərin 5 ilə edə bilmədiyini yeni sədr 1 aya etdi – 2.1 MİLYON MANAT MƏNFƏƏT
2021-ci ilin Yanvar ayında Yelo Bankın İdarə Heyətinin sədri vəzifəsini icra etməyə başlamış Anar Həsənov və komandası Bankı mənfəətə çıxarıb. Yelo Bank 2021-ci ilin yanvar ayını 2.1 milyon manat xalis mənfəət ilə başa vurub. Bu barədə Marjaya Bankdan bildirilib.
Son 5 il ərzində Yelo Bankın cəmi xalis zərəri 326 milyon 206 min manat təşkil etmiş, o cümlədən Bank 2020-ci ili 39 milyon 749 min manat xalis zərər ilə bağlamışdı. Cəmi 326 milyon 206 min manat zərər ilə Yelo Bankın 378 milyon manat nizamnamə kapitalının 86%-i "ərimişdir". Ötən ilin sonunda “Yelo Bank”ın məcmu kapitalı Mərkəzi Bankın banklara qarşı minimal tələbi olan 50 milyon manata çox yaxın səviyyəyədək düşmüş, kapital adekvatlığı da pisləşmişdi.
1 aylıq xalis mənfəət Yelo Bankın maliyyə vəziyyəti haqqında narahatlıqları azaltmasa da, ümid yaradır. Əgər Bank 2021-ci ilin qalan aylarında da mənfəət təmin etsə pis gedişat dayanar və bankın dayanıqlılığı artar.
Vasiliy Xamaza və Nikoloz Şurgaianın sədrlikləri dövründə "Yelo Bank" zərər etmişdir.
Peşəkar bankir kimi tanınan Anar Həsənov 2021-ci ilin Yanvar ayının 1-dən “Yelo Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb. O, 18 il “AccessBank”da çalışıb və təxminən 2,5 il Banka sədrlik edib. Devalvasiyalardan sonra bir çox banklar kimi ziyana düşən “AccessBank” Anar Həsənovun rəhbərliyi dövründə sabitləşib və yenidən mənfəətə keçmişdir. Xüsusilə, 2019-cu ilin əvvəlində “AccessBank”a yeni səhmdarların cəlbi və kapitallaşması prosesi həyata keçirilmişdir. 14 Mart 2019-cu il tarixində Anar Həsənov “AccessBank”ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan etmişdir. Kapital mövqeyi güclənmiş "AccessBank" indi stabil banklardan biridir.
Bu gün Yelo Bank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir:
Yeni ilə yeni hədəflərlə başlayan Yelo Bank düzgün qurulan strategiyanın ilk bəhrələrini artıq görməyə başlayıb. Karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirən Yelo Bank Yanvar ayını 2.1 mln AZN mənfəətlə başa vurub.
Bankın ümumi kredit portfeli də artaraq 312 milyon manat təşkil edib. Bu artımda əsas pay biznes kreditlərinin üzərinə düşür.
Belə ki, 2021-ci ilin ilk ayı ərzində bank keçən ilin dekabr ilə müqayisədə 4.6 milyon manat daha çox kredit verib.
Bununla yanaşı, əvvəlki dövrlərlə müqayisədə bankın əməliyyat xərclərində də nəzərə çarpan azalma müşahidə olunub.
Yanvar ayının göstəriciləri Yelo Bank-ı 2021-ci ilə qoyulmuş böyük hədəflərə daha da yaxınlaşdıran ilk uğurlarındandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
1 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
-
14 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
15 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Xalq Bankdan depozit seyfi xidməti








.jpg)
















