Gömrük İdarəsi “Finest Tobacco”nun siqaretlərini təhvil verib - AÇIQLAMA
İki gün öncə “Finest Tobacco” MMC-nin Baş direktoru Orxan İsmayılov Marja.az xəbər saytına müraciət edərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının şirkətə qarşı süründürməçilik və bürokratik əngəllər yaratdığını iddia etmişdi.
Müraciətçinin iddiasına görə, “Finest Tobacco” MMC Belarus Respublikasından idxal etdiyi "NZ Gold Compact" markalı siqaretləri 27.01.2021 tarixindən bu günədək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən rəsmiləşdirərək çıxara bilmir. Səbəb Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dəvətilə müayinələr aparan Respublika Sanitariya-Karantin Müfəttişliyinin müayinə nəticəsini təqdim etməməsidir. İddiaya görə, müayinə “sifariş” əsasında təqdim edilmir, bazarda inhisarçılıq etmək istəyən hansısa şirkət Dövlət Gömrük Komitəsinin əli ilə rəqibini bazardan sıxışdırır.
Müraciətçinin iddiasına görə, qanunvericiliyə əsasən, müayinə nəticəsi 5 iş günü ərzində təqdim edilməlidir, lakin 8 gün keçsə də müayinə nəticəsi verilmir. Buna səbəb Dövlət Gömrük Komitəsinin Səhiyyə Nazirliyinə təzyiq göstərməsidir.
Müraçiətçi qeyd etmişdi ki, “Finest Tobacco” şirkəti siqaretləri, Səhiyyə Nazirliyinə tabe olan Respublika Sanitariya-Karantin Müfəttişliyinin ötən ilin avqust ayında təqdim etdiyi gigiyenik sertifikata əsasən idxal edib. Gigiyenik sertifikat verilmiş məhsulun təkrar müayinədən keçirilməsi sahibkarlığa əngəldən başqa bir şey deyil.
Həmçinin idax edilmiş məhsullar üçün vergi və rüsumlar ödənilib.
Müraçiətçi bildirmişdi ki, Belarus istehsalı olan siqaretlərə mənfi nəticənin təqdim edilməsi Belarus – Azərbaycan münasibətlərinə zidd ola bilər. Azərbaycan tərəfindən Belarusun ən keyfiyyətli siqaretlərini (istehsalçı Belarus şirkəti “Neman” ASC-dir) istehlak üçün yarasınz hesab edilməsi, Belarusda rezonans doğurar.
Orxan İsmayılov vurğulamışdı ki, süründürməçilik və bürokratik əngəllər şirkəti zərərə salır, malların gömrükdə qaldığı hər gün üçün daşıyıcı şirkətə 150 avro və anbar üçün əlavə haqq ödəyniləcəkdir.
Marja.az-ın sorğunuza cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirildi ki, Finest Tobacco” MMC tərəfindən idxal olunan məhsulların gömrük rəsmiləşdirilməsi zamanı qanuvericiliyə uyğun şəkildə maldan nümunələr götürülərək ekspertiza məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə göndərilib və müvafiq cavab alındıqdan sonra “Finest Tobacco” MMC tərəfindən Belarus Respublikasından idxal edilən məhsullar 8 fevral 2021 tarixində rəsmiləşdirilərək sahibinə təhvil verilib.
“Finest Tobacco” MMC-dən də Marja-ya bildirildi ki, dünən gecə mallarını gömrükdən çıxara biliblər. Verilən məlumata görə, Respublika Sanitariya-Karantin Müfəttişliyi müsbət müayinə nəticəsi təqdim edib.
Qeyd edə ki, “Finest Tobacco” şirkəti ötən ilin ortalarında yaradılıb və ilk dəfə bu il siqaret idxalını həyata keçirib. Şirkətin hüquqi ünvanı Gəncə şəhərindədir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat sonra
-
13 d. əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Ən çox oxunanlar
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb







.jpg)




.jpg)





