Marketlərin gizlətdikləri üzə çıxır – 221 MİLYON MANAT...
Yeni kassalar dövriyyələrin gizlədilməsinin qarşısını alır."ƏDV geri al" layihəsi pərakəndə ticarət şəbəkəsində ticarət dövriyyələrinin şəffaflaşmasına səbəb olur. Ötən il marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi kəskin artıb. Aylıq dövriyyə ötən iln 4-cü rübündə 1-ci rübünə nisbətən 36,4% çox olub. Belə ki, marketlərin orta aylıq dövriyyəsi 2020-ci ilin 1-ci rübündə 162 milyon manat ikən, 4-cü rübündə 221 milyon manat təşkil edib.
Marjanın məlumatına görə, "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli bildirib ki, əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə, nağdız ödənişlərə marağın artmasına təkan verib və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb:
“2020-ci ildə layihə çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb.
Ötən illdən ölkəmizdə pərakəndə ticarət və iaşə xidmət obyektlərində onlayn kassaların istifadəsinə başlanılıb. Hazırda ticarət və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb. 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalar ilə əvəz edilməsi nəzərdə tutulub”.

Orxan Nəzərli - Dövlət vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı
HAZIRDA 9 MİNDƏN ÇOX VƏTƏNDAŞ ƏDV GERİ ALIR
Orxan Nəzərli “Bu yeni şəffaf və müasir alətdir” deyərək sözlərinə belə davam edib:
“Bu kassaların tətbiqi nəticəsində pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin real vaxtda elektron sistemdə əks etdirilməsi pozuntulara yol verilməsinin, dövriyyələrin gizlədilməsinin qarşısını alır. Maddi stimulun verilməsilə vətəndaşları özümüzə tərəfdaş seçərək ictimai nəzarəti də təmin etmiş olduq. Bu gün “ƏDV geri al” portalında 9 mindən yuxarı istifadəçi qeydə alınıb. Yeni nəsil kassaların tətbiqi effektiv nəticələr verir. Kassaların əhatə dairəsi genişləndikcə dövriyyələrin şəffaf bəyan edilməsi sürətlənir.
Pərakəndə ticarət şəbəkəsində yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması ticarət dövriyyələrinin şəffaflaşmasına müsbət təsir edib. Əgər 2020-ci ilin 1-ci rübündə marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat təşkil edirdisə, bu göstərici 2-ci rübdə 192 milyon manat, 3-cü rübdə 209 milyon manat, 4-cü rübdə isə 221 milyon manat təşkil edib”.
Yeni mexanizmə görə, ödənilən ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i geri qaytarılır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
-
- 18 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
12 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
13 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 14 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
Ən çox oxunanlar
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb






.jpg)












.jpg)



