Şotlandiya şirkəti Füzulidə aeroport ərazisində təmizləməni başa çatdırıb
İllərdir davam edən qeyri-sabitlik və münaqişə nəticəsində Dağlıq Qarabağ regionu müharibənin qalıqları olan partlayıcılarla həddən çox çirklənib. Ərazidə hər hansı mülki mühəndislik əməliyyatlarından əvvəl buranın BMT tərəfindən təsdiqlənmiş humanitar minatəmizləmə şirkətinin xidmətləri əsasında təmizlənməsi tələb olunurdu.
Bu, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda minatəmizləmə fəaliyyəti ilə məşğul olan Şotlandiyanın “Aardvark Group” şirkətinin açıqlamasında əksini tapıb.
Bildirilib ki, bu mürəkkəb problemin həllində istifadə olunacaq ən uyğun avadanlıqların seçilməsi üçün çirklənmənin miqyası və təbiəti ilə bağlı ətraflı araşdırma və qiymətləndirmə aparılıb.
“40 illik təcrübəsi olan “Aardvark Group” şirkəti Bosniya müharibəsindən sonra Sarayevo hava limanının minalardan təmizlənməsində iştirak edib. Logistik problemlərə və xüsusilə də COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, “Aardvark Group” komandası Azərbaycanla razılaşdırılmış 14 gün müddətinə işlərini tamamlayıb. Bu möhtəşəm müvəffəqiyyətə Britaniyanın Müdafiə və Təhlükəsizlik İxracatı qrupu, Beynəlxalq Ticarət Departamentinin İxracata Nəzarət Birliyi Vahidi, Britaniyanın Almaniya və Azərbaycandakı diplomatik nümayəndəlikləri və Britaniya hökumətinin humanitar səylərini qəbul edən Azərbaycan hökumətinin dəstəyi olmadan nail olmaq mümkün olmazdı”, - deyə açıqlamada qeyd olunub.
Şirkətin fəaliyyətini dəyərləndirən Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp mina və digər partlayıcılar nəticəsində artan ölüm və yaralı sayını faciəvi adlandırıb.
“Aadvark Group”un nümayəndəsi Devid Klark qeyd edib ki, minalardan təmizlənmə layihəsi Füzuli Beynəlxalq Hava Limanının etibarlı tikintisini və ərazinin transformasiyasına başlanğıcı təhlükəsiz şəkildə təmin edəcək: “Azərbaycan hökumətinin planı qarşıdakı iki il ərzində bölgə iqtisadiyyatını dirçəltmək və ən əsası cəmiyyət üçün çox lazımlı bir stimul olan daxili və xarici uçuşları təmin etməkdir”.
Qeyd edək ki, “Aadvark Group” şirkəti əraziyə texniki təchizatla bərabər təlimatçı da göndərib. Bu təlimatçı minatəmizləmə fəaliyyəti ilə məşğul olan yerli heyətə təlim keçib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







