Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
(®️) Dövlət bankı Azər Türk Bank kart sahibi olmaq istəyən şəxslərə çox sərfəli şərtlərlə ATB CARD adlı yeni məhsulunu təklif edir.
ATB CARD debit kartı tam funksionallı bir kartdır və onun özəlliyi müştərilərin bu kartla həyata keçirdikləri əksər bank əməliyyatları zamanı xidmət haqqının tələb olunmamasıdır.
Qeyd edək ki, üçillik xidmət müddətli bu kartı Bankın saytında sifariş verməklə pulsuz əldə edə bilərsiniz.
Banka məxsus ATM, internet səhifəsi və müasir, güvənli, istifadəsi rahat ATB360 Mobil əlavə vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına pul köçürülməsi müqabilində heç bir faiz tutulmayacaqdır.
Onlayn sifariş verməklə sahibi olacağınız ATB CARD vasitəsilə konvertasiya, fərqli valyutada alış-veriş edilərkən də komissiya tutulmayacaq.
Eləcə də, ATB CARD sahibləri Azər Türk Banka məxsus ATM və POS terminallar vasitəsilə istənilən məbləğdə, digər bankların bakomatlarında ay ərzində 1000 manatadək vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malik olacaqlar.
Ticarət, ictimai iaşə və xidmət müəssisələrində ATB CARD vasitəsilə edilən ödənişlərin 3%-dək hissəsinin karta qaytarılması (CashBack) nəzərdə tutulmuşdur.
Milli valyutada olan debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin kartına ödənilir.
Həmçinin, ATB360 Mobil əlavə, SMS bildiriş xidmətlərinə qoşulma və istifadə ödənişsiz olacaqdır.
Azər Türk Bankda kredit kartı əldə etmək istəyən, banka əmanət yerləşdirən müştərilərə də eyni sərfəli şərtlərə malik ATB CARD təklif edilir. Qeyd edək ki, Bankın kredit kartını əldə etməklə 40 gün ərzində faizsiz kredit xəttindən istifadə mümkündür.
Azər Türk Bankın ən sərfəli kartı olan ATB CARDa sahib olmaq istəyən şəxslər istənilən xidmət ofisinə müraciət etməklə, yaxud Bankın internet səhifəsi vasitəsilə online qaydada sifariş verə bilərlər.
Daha ətraflı məlumatı https://atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən,WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 d. əvvəl
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
- 41 d. əvvəl
-
51 d. əvvəl
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
-
1 saat əvvəl
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
Milli Depozit Mərkəzi zərərdən mənfəətə keçib
Neft böhranı dərinləşir, qiymətlər artır
Azərbaycan neftinin son qiyməti
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir











.jpg)





