“Muğanbank”ın reytinqlərinin proqnozu “Neqativ”-dən “Stabil”-ə dəyişdirildi
25 fevral 2021-ci il tarixdə S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqləri üzrə proqnozunu"Stabil"-ə yüksəltmiş, bankın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini ""CCC+/C" səviyyəsində təsdiq etmişdir. Bu barədə Marja-ya Bankdan bildirilirb.
Qeyd edilib ki, S&P Global Ratings-in təhlilinə əsasən "Muğanbank" ASC-nin likvidlik və fondlaşma göstəriciləri son üç ay ərzində stabilləşmişdir.
Agentliyin fikrincə, Azərbaycanda makroiqtisadi mühitin bərpası Muğanbankın biznesinin stabilliyini dəstəkləyəcək və bank, likvidlik göstəricilərini adekvat səviyyədə saxlaya biləcəkdir.
Eyni zamanda, reytinq agentliyinin təhlili göstərir ki, depozitər bazasının stabilləşməsi və Azərbaycan Respublikası Mərkəzi Bankından vəsaitlərin əldə olunması, qeyd olunan dövrdə Muğanbankın likvidlik göstəricilərinin yaxşılaşmasını şərtləndirmişdir. 19 fevral 2021-ci il tarixə olan məlumatlara əsasən, bankın likvid aktivləri 97 milyon manat (məcmu aktivlərin təqribən 15%) təşkil etmişdir. Bank, 2020-ci ilin yanvarından 2021-ci ilin fevralına qədər olan dövrdə ani likvidlik əmsalı üzrə normativ tələbi yerinə yetirmişdir. Bu göstərici, 2020-ci il dekabr ayından etibarən sabit səviyyədə 40%-dən yuxarı saxlanılaraq normativ minumum olan 30% ilə müqayisədə 2021-ci il fevralın 19-a olan məlumatlara əsasən 77% təşkil etmişdir.
S&P Global Ratings əhalinin əmanətlərinin tam məbləğdə sığortalanmasına dair dövlət proqramının müddətinin 4 aprel 2021-ci il tarixdə bitməsindən sonra depozitlərin bankdan əhəmiyyətli miqdarda axınını proqnozlaşdırmır.
Təhlilə əsasən, bank, 2020-ci il ərzində 2,2 mln manat məbləğində zərər etmişdir. Bank, 2020-ci ildə depozitlər üzrə faiz dərəcələrini yüksəltmişdir. Problemli kreditlərin ödənişinin bərpası ilə əlaqədar kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün yaradılan ehtiyatların azad edilməsi sayəsində Muğanbankın xalis mənfəət göstəricisi müsbət olmuşdur.
Muğanbankın kapital göstəricilərinə gəldikdə, reytinq agentliyinin fikrincə, 2020-ci ilin sonuna olan vəziyyətə, bank, kapital adekvatlığı üzrə normativ tələbi böyük kapital ehtiyatı hesabına yerinə yetirmişdir. 1-ci dərəcəli kapital əmsalı minumum 5% ilə müqayisədə 15,3%, məcmu kapitalın adekvatlıq əmsalı isə minimum 10% ilə müqayisədə 18,7% təşkil etmişdir. Proqnoza əsasən, bankın gələcəkdə də normativ tələbləri yerinə yetirəcəyi gözlənilir.
S&P Global Ratings, Muğanbankın likvidlik göstəricilərinin adekvatlığının uzun müddət saxlanılacağı, əhalinin bankdakı depozitlərində stabilliyin qorunacağı, aktivlərinin keyfiyyətinin daha da yaxşılaşacağı, kapitallaşma göstəricilərinin möhkəmlənəcəyi, habelə gəlirli və sabit biznes modelə keçidi hədəfləyən yeni ortamüddətli strategiyasınınnın səmərəli olacağı təqdirdə, yaxın 12 ayda Muğanbankın reytinqini “Pozitiv”-ə yüksəldə biləcəyini qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
39 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
43 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)








.jpg)



