Yüksək vəzifəli bəzi generallar Paşinyanın istefası tələbinə qoşulmadı
Ermənistanda yüksək vəzifə tutan bəzi generallar Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatını imzalamayıblar.
“Armlur.am” saytının verdiyi xəbərə görə, 4 yüksək rütbəli zabit Baş Qərargahın bəyanatına qoşulmayıb.
Onlar Silahlı Qüvvələrin Hərbi Hazırlıq İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan, Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arakel Martikyan, Silahlı Qüvvələrin Silahlanma İdarəsinin rəisi general-mayor Poqos Poqosyan və Silahlı Qüvvələrin Baş Qərargahının hərbi rabitə şöbəsinin rəisi polkovnik Artur Çatyandır.
Yüksək rütbəli zabitlər barələrində cinayət işinin başladılacağından narahatdırlar.
Adıçəkilən şəxslər hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Belə ki, Andranik Makaryanın şöbəsinin 44 günlük müharibədəki fəaliyyəti ilə bağlı artıq cinayət işinin başlandığı bildirilib. Lakin bu cinayət işi ilə əlaqədar onun ifadəni imzalamadığı qeyd olunur.
General-mayor P. Poqosyan iş adamı, silah satıcısı David Qalstyan ("Patron Davo") tərəfindən təmin olunan qeyri-qənaətbəxş sursatı qəbul edən Müdafiə Nazirliyinin komissiyasının üzvü olub. Silahlanma İdarəsinin rəisinin "Patron Davo" işi ilə bağlı vəziyyəti nəzərə alaraq, hakimiyyətə qarşı çıxmaqdan qorxduğu ehtimal edilir.
Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin rəisi Arakel Martikyanın müharibə zamanı bəzi əməliyyatlar barədə səhv məlumat verdiyi iddia olunur. Bu səbəbdən barəsində cinayət işinin başladılmasından qorxduğu üçün o, N. Paşinyanın istefası tələbinə qoşulmayıb.
A. Çatyan isə sözügedən bəyanatın imzalandığı vaxt Baş Qərargahda olmayıb.
Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş naziri N. Paşinyanın istefasını tələb edən bəyanat imzalayıb. Bundan sonra ölkədəki siyasi böhran daha da kəskinləşib. Buna cavab olaraq Baş nazir bu addımı hərbi çevrilişə cəhd adlandırıb və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzalayıb. Ancaq Prezident Armen Sarkisyan bu sənədi imzalamayıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























