Dünyanın ən bahalı dərmanı
“Zolgensma” dərman preparatının bir dozası 2.5 milyon dollara başa gəlir.Böyük Britaniyanın Milli Səhiyyə Xidməti nadir genetik pozuntudan əziyyət çəkən körpələr və azyaşlı uşaqların müalicəsində həyati vacib əhəmiyyətə malik innovativ preparatın istifadəsinə yenicə icazə verib. Qurumun rəsmi açıqlamasında dərman vasitəsinin hazırda dünyada ən bahalı preparat olduğu bildirilib.
Marja xəbər verir ki, dərman vasitəsinin qurum tərəfindən təsdiqlənən qiyməti 1.79 milyon funt-sterlinq (2.48 milyon dollar) təşkil edir. Bu preparat nadir genetik xəstəlik – Onurğa Əzələlərinin Atrofiyası və iflicə tutulmuş körpələr və azyaşlı uşaqların müalicəsində innovativ terapiya üsulu kimi tətbiq edilir.
Onurğa Əzələlərinin Atrofiyası nadir yayılan və çox zaman ölümlə nəticələnən bir xəstəlikdir. Anadangəlmə bu xəstəliyə düçar olmuş körpələrdə iflic, əzələ zəifliyi və hərəkət qabiliyyətinin davamlı olaraq itməsi əsas əlamətlərdəndir. Atrofiyanın 1-ci dərəcəsi ilə doğulmuş uşaqlarda orta ömür müddəti cəmi iki ildir.
ABŞ-ın böyük əczaçılıq şirkəti Novartis tərəfindən istehsal olunan Zolgensma tədqiqatlarda özünü ən yaxşı tərəfdən göstərmişdir. Bu dərman vasitəsinin tətbiq edildiyi körpələr bir dozanın inyeksiyasından sonra süni tənəffüs aparatı olmadan nəfəs ala, özləri otura və iməkləyə bilir. Son tədqiqat məlumatları Zolgensma-nın azyaşlılarda mühərrik funksiyasını yerinə yetirdiyini, onlarda sürətli və dayanıqlı yaxşılaşmaya səbəb olduğunu və körpələrin ömrünü uzatdığını təsdiqləyir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin rəhbəri Simon Stevensin açıqlamasına görə, “bu xəstəlikdən əziyyət çəkən və xüsusi qayğıya ehtiyacı olan pasiyentlər dərman vasitəsini güzəştli qiymətə adi preparatlar kimi əldə edə bləcəklər, arada olan böyük qiymət fərqi isə büdcə vəsaitləri hesabına Milli Səhiyyə Xidməti tərəfindən istehsalçıya ödəniləcəkdir”. Lakin Stevens güzəştli qiyməti açıqlamayaraq, bunun konfidensial məlumat olduğunu bildirib.
Həmçinin oxu:
"Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr"
"Asiyanın “mini Amazon”u səhm bazarına çıxır"
"Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ"
"Apple irimiqyaslı cərimələr ilə üz-üzə!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























