Azərbaycan Rusiyadan 300 min doza “Sputnik V” vaksini alacaq
Azərbaycan Rusiya və İsveçdən peyvənd alırBaş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb.
Marja xəbər verir ki. Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir..
Azərbaycana 432 000 doza “AstraZeneca” vaksini gətiriləcək
Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana uyğun olaraq sərəncam imzalayıb.
Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 2 d. əvvəl
-
-
11 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
17 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
20 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
39 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 43 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub











.webp)












