"Azərbaycanda sanator-kurort qiymətləri baha hesab edilə bilməz"
Azərbaycanda müalicə sağlamlıq müəssisələrində qiymətlərini rəqib ölkələrin sanator-kurort müəssisələri ilə müqayisədə baha hesab edilə bilməz. Bir sıra hallarda Mineralnıye Vodı, Lvov və Gürcüstanın müalicə-sağlamlıq müəssisələrindən daha ucuz təklifləri də müşahidə etmək olar.
Marja xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, müalicə-sağlamlıq xidmətlərinin qiymətlərinin müqayisəli təhlili Rusiyanın Mineralnıye Vodı bölgəsində yerləşən müalicə-sağlamlıq müəssisələrində qiymətlər müəssisənin kateqoriyasından asılı olaraq dəyişir:
“Belə ki, üçulduzlu və daha aşağı kateqoriyalı müalicəsağlamlıq müəssisələrində qiymətlər 80-100 AZN arasında dəyişdiyi halda, beşulduzlu hotellərdə 200 AZN-dən başlayır. Qiymətlərin xidmətlərdən asılı olaraq dəyişsə də, müalicə prosedurlarının sayı hər iki kateqoriya üzrə təxminən eynidir. Dörd və beşulduzlu mərkəzlərdə qidalanma, otaqların kateqoriyası, həkim personalı və onların peşəkarlığı, tibbi avadanlıqların müasir olması qiymətlərin daha yüksək olmasına təsir edir.
Ukraynanın Lvov bölgəsinə aid kurotlarda qiymətlər Mineralnıye Vodıda yerləşən eyniprofilli müəssisələrdən yüksəkdir. Lvov kurotlarında müalicə prosedurlarının və xidmətlərin sayının çox olması qiymətlərin nisbətən yüksək olmasına səbəb olur. Eyni zamanda, qiymətləri Mineralnıye Vodı sanatoriyalarından az fərqlənən, lakin çoxçeşidli xidmətlər təklif edən hotellər də mövcuddur.
Gürcüstandakı yüksəkkateqoriyalı müalicə-sağlamlıq müəssisələrində qiymətlər nisbətən bahadır. Bu da əsas sağlamlıq turizmi destinasiyalarında orta və yüksəkkateqoriyalı hotellərin az olması ilə bağlıdır. Baxmayaraq ki, təqdim olunan müalicə prosedurlarının və asudə vaxtın təşkilinə yönəldilən xidmətlərin sayı Lvov və Mineralnıye Vodı kurortları ilə müqayisədə daha azdır, qiymətlər əksinə, nisbətən yüksəkdir.
Türkiyənin termal hotellərində qiymətlər müqayisə olunan ilk üç regiondakı müalicə-sağlamlıq müəssisələrinin təklif etdiyi qiymətlərdən yüksəkdir. Bu da təqdim olunan xidmətlərin keyfiyyətinin yüksək olması və daha çox yüksək kateqoriyalı hotellərin fəaliyyət göstərməsi ilə bağlıdır.
Azərbaycanda müalicə sağlamlıq müəssisələrində qiymətlərini rəqib ölkələrin sanator-kurort müəssisələri ilə müqayisədə baha hesab edilə bilməz. Bir sıra hallarda Mineralnıye Vodı, Lvov və Gürcüstanın müalicə-sağlamlıq müəssisələrindən daha ucuz təklifləri də müşahidə etmək olar. Buna baxmayaraq, hava nəqliyyatının yüksək qiymətə təqdim olunması müalicə-sağlamlıq paketlərinin baha olması ilə nəticələnir. Belə ki, Azərbaycana qonşu olan və müqayisilə təhlil olunan rəqib regionlara hava nəqliyyatı ilə daha ucuz qiymətə səfər etmək olur. Bu da turistlərin Azərbaycanı ziyarət etməyə çəkindirən amillərdən hesab olunur. Həmçinin təqdim olunan müalicə prosedurlarının azlığı və asudə vaxtın təşkilinə yönəldilən tədbirlər çeşidinin məhdud olması gələn turistlərin tələbatını tam ödəməyə imkan vermir”.
QİDALANMA XIDMƏTLƏRİ
Hesabatda qeyd edilib ki, Rusiya, Ukrayna və Gürcüstanın müalicə-sağlamlıq müəssisələrində ənənəvi olaraq, əsasən üç dəfə qidalanma, xüsusən də dietik menyu üzrə bufet sistemi təklif olunur. Türkiyənin termal hotellərində isə tur paketə əsasən iki dəfə qidalanma daxil olur, bir çox hallarda müalicəyə uyğun dietik qidalar təklif edilir.
Azərbaycanda Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan sanatoriyalarda üç dəfə qidalanma təklif olunsa da, keyfiyyəti nisbətən aşağı olur. Dörd və beşulduzlu müalicə-sağlamlıq müəssisələrində isə tur paketə uyğun üç dəfə açıq masa üzrə qidalanma təqdim edilir. Burada dietik qidalanma ilə yanaşı, milli və Avropa mətbəxinin nümunələri təklif edilir.
Ümumilikdə, ölkənin aparıcı müalicə-sağlamlıq mərkəzlərində təqdim olunan qidalanma xidməti keyfiyyətinə görə bir-birindən fərqlənir və digər regionların mərkəzlərindən geri qalmır. Bununla bərabır, yüksəkkeyfiyyətli qida və müxtəlif meyvə şirələrinin təqdim olunması turistlər tərəfindən müsbət qarşılanırş
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)

.jpg)


