Orijinal, dadlı və faydalı hədiyyələr Xurcun butiklərində
(®️) Bahar bayramlarının yaxınlaşmasına bir neçə həftə qalıb. Bu o deməkdir ki, korporativ bayram hədiyyələri barədə düşünməyin vaxtı çatıb.
Əgər siz orijinallığı ilə yanaşı, həmçinin əməkdaşlarınız və tərəfdaşlarınız üçün dadlı və faydalı hədiyyələr axtarırsınızsa, o zaman 2015-ci ildə Vugar Maharramov tərəfindən təsis edilən, tərkibində qoruyucu maddələr olmayan, təbii quru meyvələr, qoz-fındıq, ekzotik çaylar, şokolad və şirniyyatların satışını həyata keçirən Azərbaycan milli premium markası – Xurcun Luxury Nuts, Sweets & Dried fruits butikləri şəbəkəsinə müraciət etməlisiniz.
8 Mart və Novruz bayramları üçün hədiyyələr düşünürsünüz? Hələ də qərarlaşdıra bilməmisiniz ki, tərəfdaşlarınızı və əməkdaşlarınızı hansı hədiyyələrlə təəccübləndirəsiniz? Bu işdə də Xurcun Luxury Nuts, Sweets & Dried fruits sizlərə kömək etməkdən məmnun olacaq. Bunun üçün 5 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyi şirkətlərdən yalnız və yalnız müsbət rəylər alan brendin peşəkar komandasına sadəcə etibar etməyiniz kifayətdir.
100% əmin olun ki, brendin peşəkar komandası korporativ sifarişi müştəri ilə razılaşdırılmış vaxtda və ən qısa müddətdə yerinə yetirəcək. Korporativ sifarişlərin digər əsas üstünlükləri haqqında aşağıdakı materialdan oxuyun.

Xurcun Luxury Nuts, Sweets & Dried fruits hər zövqə və büdcəyə uyğun olaraq müxtəlif mürəkkəblik və həcmdə sifarişləri yerinə yetir, həm hazır, həm də illərdir sınanmış uğurlu həllər təklif edərək, müştərin bütün fərdi istəklərini də nəzərə alır. Fərdi yanaşma korporativ sifarişlərin əsas üstünlüklərindən biridir. Çünki burada korporativ hədiyyə seçimi zamanı qərar verməyə kömək edəcək peşəkarlardan ətraflı məsləhət alacaqsınız.

Sifarişin yüksək keyfiyyətli icrası – xatırladaq ki, bu Azərbaycan milli premium markasının bütün məhsulları təbiidir və tərkibində heç bir qoruyucu maddələr yoxdur. Eləcə də vurğulayaq ki, həm istehsalın, həm də sifarişin icrasının bütün mərhələlərində keyfiyyətə ciddi şəkildə nəzarət edilir. Hədiyyəni daha da ləzzətli və faydalı edəcək inanılmaz dad, xoş ətir və məhsulların uğurlu birləşmələrinə zəmanət verilir. Brendin şüarının “Keyfiyyətə vurğunuq” (Fond of Quality) olması bunun bariz nümunəsidir.

Əlverişli qiymət aralığı – Xurcun Luxury Nuts, Sweets & Dried fruits istər rəhbərlik, istərsə də sıravi əməkdaşlar üçün geniş çeşiddə hədiyyə seçimini təqdim edir. Lakin bununla yanaşı, hər bir hədiyyə cazibədar orijinal qablaşdırması, sərfəli qiyməti ilə həm müştərinin, həm də brendin ideal və mükəmməlliyini parlaq şəkildə vurğulayacaq.
Korporativ sifarişin daha bir üstünlüyü – məhz mükəmməl xidmətdə və bu brendin korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq təcrübəsinə sahib olmasındadır.
Xurcun Luxury Nuts, Sweets & Dried fruits ilə korporativ tərəfdaşlarınıza layiqli hədiyyələr bəxş edin!
Korporativ sifariş üçün əlaqə nömrəsi: (050) 212-12-31
Rəsmi sayt - https://www.xurcun.az/
Facebook - https://www.facebook.com/xurcun,
Instagram - https://www.instagram.com/xurcun/
Elektron poçt ünvanı - [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
8 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
8 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
8 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
11 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
11 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən




















