Azərbaycanda enerjisi istehsalı azalıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, cari ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2192,4 mln. kVt·st, ixracı 158,8 mln. kVt·st, idxalı isə 10,1 mln. kVt·st olub.
Cari ilin yanvar-fevral aylarında isə respublikada elektrik enerjisinin istehsalı 4560,8 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 2 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,7 mln. kVt·st azalaraq 4364,2 mln. kVt·st, SES-lərdə 13,8 mln. kVt·st artaraq 140,7 mln. kVt·st olub, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 55,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 15,07 mln. kVt·st, günəş elektrik stansiyalarında 5,5 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 35,34 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
İki ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4121,2 mln. kVt·ts (İES-lərdə 3993,3 mln. kVt·st, SES-lərdə 127,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 54,1 mln. kVt·st (İES-lərdə 37,9 mln. kVt·st, SES-lərdə 11,1 mln. kVt·st, Günəş ES-də 5,1 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 374,7 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 10,79 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 21,1 mln. kVt·st olub. İrandan 5,8 mln. kVt·st, Rusiyadan 15,3 mln. kVt·st, Gürcüstandan isə 0,02 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Bu dövrdə elektrik enerjisinin ixracı 333,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,2 mln. kVt·st artıb. İrana 5,9 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 14,7 mln. kVt·st, Gürcüstana isə 300,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






