Bu dəfə 3 trilyon dollar - Baydendən çox yaxında yeni iqtisadi paket
Əsas xərc sahələri infrastruktur, təmiz enerji, sosial müdafiə və təhsil olacaqdır.ABŞ-ın yeni prezidenti Co Bayden seçkiqabağı platformasında vəd etdiyi tədbirləri həyata keçirməkdə qərarlıdır.
Marja xəbər verir ki, prezident iqtisadi məsləhətçiləri ilə birlikdə ölkə iqtisadiyyatına yeni hökumət sərmayələrini yönəltmək planının intensiv müzakirəsinə başlayıb.
Martın ortalarında təsdiqlənmiş 1,9 trilyon dollar həcmində Koronavirusla mübarizə və iqtisadi stimullaşdırma paketinin ardınca Bayden administrasiyası növbəti, daha nəhəng proqramın-3 trilyon dollarlıq investisiya yatırımının reallaşdırılması ilə bağlı prosedurlara hələ ilin əvvəlində start vermişdi, lakin ABŞ Konqresi əsas prioritet kimi diqqəti iqtisadiyyatın xilasetmə planına cəmləşdirməyi vacib hesab edib. Bununla belə, Bayden öz iqtisadi siyasətinin növbəti mərhələsi olacaq yeni proqram barədə təkliflərin bu həftənin sonuna kimi ona təqdim edilməsini tapşırıb.
Bu dəfə infrastruktur, təmiz enerji, azyaşlı uşaqlara qayğı və təhsil sektorları ən mühüm prioritetlər sırasında yer alacaqdır. Planın həyata keçirilməsinin əsas maliyyə mənbələrindən biri kimi əhalinin müəyyən rifah səviyyəsindən daha yaxşı yaşayan təbəqəsi və nəhəng korporasiyalar üçün yeni vergilərin tətbiq olunacağı gözlənilir. Seçki kampaniyasında Bayden mənfəət vergisinin hazırkı 21 faizdən 28 faizə qədər artırılmasını və ildə 400 min dollardan artıq qazanan amerikanlar üçün fərdi vergilərin yüksəldilməsini təklif etmişdi.
ABŞ-ın nüfuzlu New-York Times qəzeti yeni iqtisadi proqram barədə təkliflərin preidentə bu həftə təqdim ediləcəyini ilk olaraq bildirib. Növbəti həftələrdə Ağ Evdən gələn xəbərlər bir çox məsələyə aydınlıq gətirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























