"Xalq Həyat" xalis mənfəət açıqladı
"Xalq Həyat" Sığorta Şirkəti ASC 2020-ci ili 201 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət fəaliyyətə başladığı ilk il olan 2019-cu ili 1 milyon 109 min manat zərər ilə bağlamışdı.
Marja xəbər verir ki, 2020-ci ildə "Xalq Həyat"nın cəmi əməliyyat gəlirləri 3 milyon 32 min manat, cəmi əməliyyat xərcləri 2 milyon 831 min manat, əməliyyat mənfəəti 201 min manat təşkil edib. Şirkət ötən il mənfəət vergisi ödəməyib.
2020-ci ildə "Xalq Həyat"nın topladığı sığorta haqları 3 milyon 671 min manat, sığorta ödənişləri isə 5 min manat təşkil edib.
Qeyd edək ki, 15 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. “Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır





















