Paytaxtda yeni marşrut xətti təşkil olunub
Ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığının icrası davam etdirilir. Bu çərçivədə Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil olunub.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmir yolu stansiyası – Ramana qəsəbəsi (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib.
Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gedişhaqqı 0.30 AZN müəyyən olunub.
Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)







