Azərbaycanda Yaponiya texnologiyası ilə plastik su qabı istehsal edilir
Aprelin 21-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub.
Media nümayəndələrinə məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.
Tikinti materiallarının istehsalı üçün avadanlıqlar istehsal edən “Elberg” MMC-də KİV nümayəndələrinə məlumat verilib ki, müəssisəsinin investisiya dəyəri 12 milyon manatdır və zavodda 100 iş yeri yaradılıb. İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmiş müəssisədə Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Sənaye Məhəlləsində fəaliyyət göstərən daha bir müəssisə plastik su qabları istehsal edən “Uysal Ambalaj” MMC-də olarkən media nümayəndələrinə bildirilib ki, investisiya dəyəri 1,44 milyon manat olan müəssisənin maliyyələşməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 700 min manat güzəştli kredit verilib. Yaponiya texnologiyasından istifadə edilən Zavod ildə 350 min ədəd plastik su qabı istehsal etmək gücünə malikdir.
Daha sonra media mənsubları “Az Agromila” MMC-nin maye, toz, gel, yarpaq gübrələri istehsalı müəssisəsində olublar. Məlumat verilib ki, müəssisənin yaradılmasına 4,35 milyon manat investisiya qoyulub və 30 iş yeri yaradılıb. Layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi və 900 min manat güzəştli kredit verilib. İllik 6 min ton gübrə istehsal etmək gücünə malik olan zavod Türkiyə texnologiyası əsasında qurulub.
Sənaye müəssisəsində plastik tara istehsalını həyata keçirən “Plasttech” MMC-nin qurduğu müəssisəyə 1,2 milyon manat investisiya yatırılıb, 16 iş yeri yaradılıb. Zavod ildə 600-900 ton plastik tara istehsal etmək gücündədir.
Qeyd edilib ki, bunlardan başqa, məhəllədə avtomobillər istehsal edən “Azərmaş” zavodu də fəaliyyətə başlayıb.
Tədbirdə KİV nümayəndələrini maraqlandıran suallar cavablandırıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
30 d. əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 48 d. əvvəl
-
57 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
-
1 saat əvvəl
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq



















.jpg)






