“FAB” şirkətlər qrupu 20 il sizinlə!
(®️) Bu gün “FAB” şirkətlər qrupu fəaliyyətə başlamasının 20-ci ildönümünü qeyd edir. “FAB” rəqabətə davamlı məhsulları, möhkəm təməllərə bağlı tərəfdaşlığı, gərgin əmək və zəhməti sayəsində hazırda inşaat sektorunda Azərbaycanın ən məşhur brendləri sırasında ön pillələrdə yer almanın sevinci və qürurunu yaşayır. Bu barədə FAB Şirkətlər Qrupudan verilən məlumatda qeyd edilir.
2001- ci ilin 24 aprelində “Faydasını alanlar bilər!” şüarı ilə yola çıxan və boya istehsalına başlayan şirkət, hazırda plastik borudan, alçı və yapışdırıcılara qədər müxtəlif təyinatlı inşaat məhsullarının istehsalçısıdır: “Ölkəmizin uğurlu sosial-iqtisadi tərəqqisi, sahibkarlara göstərilən yüksək dövlət qayğısı, qeyri-neft sənayesinin inkişafına yönələn tədbirlər, dövlət başçısı cənab İlham Əliyevin innovativ texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlar yeni fabrik və zavodlarımızın istismara verilməsinə stimul oldu. İstehlakçılara ən yaxşı xidməti, ən yaxşı məhsulu təklif etdik, birlikdə qazandıq, birlikdə böyüdük”.
Dürüstlük, ədalət prinsipləri ilə qurulan əməkdaşlıq əlaqələri, yenilikləri tətbiq etmək, milli-mənəvi dəyərlərə bağlılıq “FAB”ın 20 illik fəaliyyət dövrünü işıqlandıran amillərdir. Şirkət keyfiyyətdə üstün, ekoloji cəhətdən təmiz məhsul istehsalını vərdişə çevirib. Müəssisələrini ən müasir tələblərə uyğun, ətraf mühitə zərər verməyəcək şəkildə qurub, məhsul və xidmətlərində könüllərə xitab edib: “Geridə qoyduğumuz 20 il ərzində sevincimizi, uğurumuzu, kədərimizi birlikdə paylaşdıq. “FAB”ın hər kəs tərəfindən sevilən və seçilən yerli marka kimi tanınmasının şahidi olduq. Qarşıda həyata keçirəcəyimiz ideyalar çoxdur. Hədəflərimiz böyükdür. Keçmişimizə, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq növbəti onillikdə “FAB” markasının ölkə hüdudlarından kənarda da seçilən Azərbaycan brendi kimi tanınması istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik. İstehlakçıların gözləntilərini maksimum səviyyədə qarşılamaq üçün əzmlə çalışacağıq. Şirkətimizin bu günlərə gəlməsində əməyi keçən bütün əməkdaşlarımıza, tərəfdaşlarımıza və etimad göstərib bizi seçən məhsul istifadəçilərimizə təşəkkür edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







